Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 10:18:00
17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI

NASA-da təcrübə keçən 17 yaşlı şagird Volf Cukier işinin 3-cü günündə önəmli kəşfə imza atıb.

AzEdu.az xəbər verir ki, o yeni planet kəşf edib. Məlumata görə, litsey şagirdi peyk görüntülərini nəzərdən keçirərkən fotolarda qəribə işıq izləri müşahidə edib. Bunun yeni planet ola biləcəyi qənaətinə gələn şagird, NASA-dakı nümayəndələrə məlumat verib.

Araşdırmalardan sonra işığın formalaşmasına səbəb olan cismin planet olduğu müəyyən edilib. Məlumata görə, yeni planet Dünyadan 1300 işıq ili uzaqlıqda yerləşir.