Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 09:20:00
Məktəb direktoru dünyasını dəyişdi

Neftçala Rayon Uşaq-Gənclər İdman və Şahmat məktəbinin direktoru Dadaşov Abdulhəsən Nadir oğlu dünyasını dəyişib.

AzEdu.az  “Report”a istinadən xəbər verir ki, 64 yaşlı məktəb direktoru şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, A.Dadaşov 20 ildir ki, sözügedən məktəbin direktoru işləyib.

1990-cı il 25 yanvar Neftçala hadisələrinin iştirakçısı olub.