Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 13:38:00
Azərbaycanın əqli mülkiyyət sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi davam etdirilir

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçiriləcək.

AzEdu.az xəbər verir ki, “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsinə, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Tədbirlər planı çərçivəsində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri, şagird və tələbələr ənənəvi olaraq şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət edirlər.