Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 11:33:00
Magistratura üzrə ixtisas seçimi necə müəyyənləşəcək?-Rəsmi CAVAB

Magistraturaya qəbul imtahanlarının bir mərhələli keçirilməsi bakalavrlarda bəzi suallar doğurur.

 Həmin suallardan biri də onların magistaratura zamanı fərqli ixtisasları seçmələri ilə bağlıdır.  AzEdu.az rəsmi quruma istinad edərək sualları cavablandırır.

Sual: Bakalavr ixtisasından asılı olmayaraq  xüsusi qabiliyyət tələb etməyən istənilən magistr proqramına sənəd verərkən  yenə də bir mərhələli  imtahan nəticəsi  əsas götürüləcək? Yəni, məsələn, coğrafiya müəllimliyi ixtisasını bitirən bakalavr menecment üzrə ixtisaslaşmanı seçə bilər?

Cavab:  Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisasların uyğunluğu cədvəli müəyyən olunacaq. Yəni namizədlər bakalavr ixtisasına  uyğun magistr ixtisaslaşmalarını seçə biləcək.

Qeyd edək ki, MBA proqramı üzrə sənəd vermək istəyən bakalavrlar da eyni qaydada imtahan verəcəklər