Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 10:25:00
“Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri 2021-ci ildə istismara veriləcək

SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı Sərəncamda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) tapşırıq verilib. Sərəncama əsasən, ASCO özünün yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsini təmin etməlidir.

ASCO-dan bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırda Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin X.Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.

Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.