Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 10:36:00
Azərbaycan Dillər Universitetində qış imtahan sessiyası izlənilib  

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) 2019/2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasını müşahidə etmək məqsədilə mediatur təşkil olunub.

AzEdu.az xəbər verir ki, mediaturda iştirak edən kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və valideynlər universitetin auditoriyalarında imtahanların gedişini izləyirlər.

Mediaturda iştirakçılara məlumat verilib ki, 2019/2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə fevralın 1-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat (əlavə vaxta ehtiyac yarandığı halda nəzərə alınacaq) müəyyənləşdirilib.

Qeyd olunub ki, əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, ADU-da 2019/2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək üçün Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.