Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 13:09:00
Pedaqoji işçilərin qeydiyyat qaydaları – Direktorlar üçün

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər "Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat"da qeyd olunub. Təlimata əsasən bütün ümumtəhsil müəssisələrində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı aparılır.

Bu zaman qeydiyyat ümumi sıra nömrəsi ilə, I nömrədən başlayaraq edilir. Yeni işə qəbul edilənlər siyahıya əlavə olunurlar. Kitabda yazı əsaslandırlmış sənəd əsasında aparılmalıdır.

Attestasiya komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə müəllimlərin attestasiyasının nəticələri və orada edilən dəyişikliklər ən geci 1 ay müddətində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabında qeyd olunmalıdır.

Şəxsi heyətin uçotu kitabı nömrələnməli, qaytanlanmalı, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilməlidir. Bu kitabda xidmətedici heyət haqqında  qeyd aparılmır. Saxlanılma müddəti isə daimidir.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları