Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 10:56:00
DİM-in sədr müavini Neftçalada vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Neftçalada vətəndaşları qəbul edəcək

AzEdu.az xəbər verir ki, qəbulda  Neftçala və Salyan rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər

Qəbul yanvar ayının 17-də, saat 11.00-da Neftçala şəhəri Heydər Əliyev Mərkəzində (ünvan:Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-nın Şirvan Regional Bölməsinə (Ünvan:Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19 ) müraciət etmələri (əlaqə tel.: (021) 215-15-23) xahiş olunur.

Bundan əlavə, qəbula gəlmək istəyənlər 13-16 yanvar tarixlərində saat 10.00-dan 17.00-dək Neftçala və Salyan rayon Təhsil şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.

 Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.