Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 15:06:00
Kosmik hava durumu və proqnozu açıqlanıb  

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu və proqnozları açıqlayıb.  Bildirilib ki, günəş fəallığı çox aşağı səviyyədə olub.  Günəş diskində hələlik nömrələnməyən az fəal oblast meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə ACE kosmik gəmisindən əldə olunan məlumatlar əsasında demək olar ki, Günəş küləyi üçün sakit şərait hökm sürür. 08 yanvar/12.00 UTC-ə qədər ümumi maqnit sahəsində güclənmə müşahidə olunub, ədədi qiymətcə 3-6 nT intervalında, Bz komponenti isə (+4) nT-dan (-7) nT-ya qədər dəyişib. Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.

 Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).