Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 09:13:00
MİQ-də kurikulum üzrə təqdim edilən sual nümunələri – Doğru cavabları ilə

 

 AzEdu.az  MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə təqdim edilən sual nümunələrini cavablarıyla birlikdə təqdim edir:

 1.Biri əsas kompetensiyalara aiddir:

A)Tənqidi təfəkkür

B)Yaradıcı təfəkkür

☆C)Müstəqil öyrənmə

D)Təşəbbüskarlıq

E)Problemlərin həlli

 

2."Davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir"

A)Təlim

☆B)Tərbiyə

C)İnkişaf

D)Vərdiş

E)Dəyər

3."Fikrin təhrik edilməsi və onun lazım istiqamətə yönəldilməsidir". Fasilitasiyanın:

A)Prosesidir

B)Xüsusiyyətidir

☆C)Funksiyasıdır

D)Məqsədidir

E)Roludur

4."Dəyişir, hesablayır, istifadə edir, nümayiş etdirir". İdrak taksonomiyasının hansı səviyyəsinə aiddir?

A)Bilik

B)Anlama

C)Təhlil

D)Sintez

☆E)Tətbiq

5.İdraki bacarığı müəyyən edin:

A)Qaçmaq

B)Şərh etmək

C)Reaksiya vermək

☆D)Təhlil etmək

E)Təqdim etmək

6.Summativ qiymətləndirmənin üsulu deyil:

☆A)Yazı işləri

B)Layihə

C)Şifahi sorğu

D)Test

E)Yaradıcılıq və əl işləri

7."Ayrı-ayrı müəlliflərin vahid tədris proqramı əsasında eyni fənn üçün hazırladıqları müxtəlif dərsliklərdir"

A)Ensiklopediya

B)Dərslik

C)Dərs vəsaiti

☆D)Variativ dərslik

E)Elmi - kütləvi ədəbiyyat

8.Hansı təhsilalanların hüququdur?

A)Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək

B)Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq

C)Təhsil müəssisəsinin nizamnamə tələblərinə riayət etmək

D)Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək

☆E)Dövlət standartlarına uyğun keyfiyyətli təhsil almaq

9.Xarakterinə görə kurikulum ayrılır:

A)Fənyönümlü və inkişafyönümlü

☆B)Fənyönümlü və şəxsiyyətyönümlü

C)Tələbyönümlü və inkişafyönümlü

D)Nəticəyönümlü və şəxsiyyətyönümlü

E)Fənyönümlü və müəllimyönümlü

10."Hərəkətin icrasından əvvəl öz imkanlarını müəyyənləşdirir". Psixomotor taksonomiyanın hansı mərhələsinə aiddir?

☆A)Hissetmə

B)Hazırolma

C)Təlqidetmə

D)Mexanizmin mənimsənilməsi

E)Mükəmməl icra

Qeyd edək ki, sualları kurikulum üzrə təlimçi-müəllim Mahir Əhədov tərtib edib.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları