Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 15:26:00
Azərbaycan alimlərinin məqalələri beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Fəlsəfə İnstitutunun alimlərinin məqalələri Bolqarıstanın nüfuzlu “Postmodernizm problemləri" jurnalında dərc olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Postmodernizm problemləri” jurnalının Bolqarıstan və Azərbaycana həsr olunmuş tematik sayı işıq üzü görüb.

Jurnalda Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin, həmin institutun alimləri - Dilarə Müslimza, Zöhrə Əliyeva və Yasəmən Qaraqoyunlunun (Mahmudova), həmçinin AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Şərq ölkələri ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidovun və Şərqşünaslıq İnstitutunun doktorantı Əminə Əliyevanın məqalələri dərc edilib.