Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 14:14:00
Sel əmələgətirici proseslər araşdırılıb

AMEA-nın Coğrafiya İnstitutunda Azərbaycanda sel əmələgətirici proseslərin inkişaf dinamikası, rayonlaşdırılması və idarə olunması problemləri araşdırılır.

Tədqiqatda Azərbaycan ərazisində sel hadisələrinin başvermə mexanizmləri, onları yaradan amillər, sellərin coğrafi yayılması və idarə olunması məsələləri təhlil edilib. Təhlillər aparılarkən, məsafədən zondlama, topoqrafik xəritələr, fond materialları və çöl tədqiqatları zamanı toplanan materiallardan istifadə olunub.

Aparılan tədqiqat Böyük Qafqazın sel ocaqlarının risk inkişafının xəritəsinin ortaya qoyulmasına imkan yaradıb. Beləliklə, müəyyən olunub ki,  Böyük Qafqazın cənub yamacında yerləşən çay hövzələrində sel ocaqları sahəsində 1961–1990-cı illərin məlumatları ilə müqayisədə artım var və bu, orta hesabla 15–20 faiz təşkil edir. Dəyişiklik Şin, Kiş, Dəmiraparan və Girdiman çaylarında müşahidə edilib.  Prosesin başlıca səbəbi kimi sistemsiz otarma, meşələrin qırılması, turizm və iaşə obyektlərinin tikintisi, yol-inşaat işləri göstərilib.