Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 11:33:00
Magistrantların qış imtahan sessiyası davam edir

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlanıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu gün I kurs magistrantlar molekulyar biologiya ixtisası üzrə “Mutagenez və reparasiya”, biokimya ixtisası üzrə “Zülalların quruluşu və funksiyaları”, biotexnologiya ixtisası üzrə “Mikrobioloji biotexnologiya” kurslarından, Azərbaycan və rus bölmələrində molekulyar biologiya və biokimya ixtisasları üzrə təhsil alan II kurs magistrantlar isə “Biomolekulyar spektroskopiya” kursundan imtahan veriblər. Magistrantlar imtahanlardan müvəffəq qiymət alıblar.

İmtahanlar davam edir.