Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 10:46:00
Dünyanın təhsil möcüzəsi – Dərsdə pijama ilə də otura bilən intellektlər – Heyrətamiz  fotolar

Araşdırmalara görə, Finlandiyadakı məktəblilər dünyada ən xoşbəxt şagirdlər hesab olunurlar. Digər ölkələrlə müqayisədə, fin şagirdlər  məktəblərində daha az vaxt keçirir  və ev tapşırıqlarının həllinə ən çox 30 dəqiqə vaxt ayırırlar.

Azedu.az bu uğurlu təhsil sisteminin əsas özəllikləri haqqında yazını  təqdim edir:

1.Finlandiyada təhsil tamamilə ödənişsizdir:

Burada şagirdlər təhsil ilə yanaşı yeməklərə, kitablara və digər məktəb ehtiyaclarına ödəniş etmirlər. Əgər şagird məktəbdən 2 km uzaqda yaşayırsa, ödənişsiz  məktəbli servisi ilə təmin olunur. Bütün bu xərclər dövlət tərəfindən qarşılanır. Ölkə gəlirinin 12.2%-i təhsilə ayrılır.

2.Fin məktəblərində hər şagirdə özəl qayğı ilə yanaşılır:

Şagirdlərə öz bacarıqlarına uyğun vəzifələr verilir.  Əgər bir uşaq hər hansı dərsi edə bilmirsə, bu zaman ona özəl dərs keçirilir. Şagird dərsi yararlı hesab etmirsə və ya xoşuna gəlmirsə, başqa kitab oxuya bilər.

3.Burada aldıqları qiymətlər haqqında məlumat yalnız şagirdlərin özlərinə verilir:

Fin məktəblərində 10 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Şagirdlərə III sinfədək qiymət verilmir. Aldıqları qiymət 3-cü sinifdən 7-ci sinfədək “daha yaxşı ola bilər”, “əla” kimi sözləri ilə əvəzlənir.  İşin ən yaxşı tərəfi isə qiymətləri yalnız şagirdlərinin özlərinin bilməsidir.

4.Şagirdlər məktəbə pijama ilə gedə bilərlər:

Qəribə səslənsə də, Finlandiyada bu mümkündür. Burada məktəbli forması yoxdur. Şagirdlər dərsə öz istədikləri kimi geyinib gələ bilirlər. Hətta siz sinifdə sadəcə corabla duran şagird də görə bilərsiniz;

5.Evə çox az tapşırıq verilir:

Finlandiya təhsilinin əsas özəlliklərindən biri də ev tapşırıqlarının az olmasıdır. Bizdən fərqli olaraq, finlər ağır ev tapşırıqları ilə yüklənmir. Burada müəllimlər şagirdlərin tapşırıq etmək yerinə ailələri vaxt keçirmələrini və istirahət etmələrini istəyirlər. Evə verilən tapşırıqlar isə çox əyləncəli olur və az vaxt aparır. Məsələn, əgər dərs tarixdirsə, şagird öz babası ilə 50-ci illərdə həyatın necə keçməsi haqqında reportaj hazırlayır və modern dövrlə arasındakı fərqləri axtarır.

6.Fin məktəblərində  dünya təhsilinin  ən uzun tənəffüsləri olur:  

Dərs nə qədər cəlbedici olursa- olsun şagirdlər üçün tənəffüs hər zaman daha cəlbedicidir. Finlandiyada dərs arası fasilə 15 dəqiqə olur;

7.Finlandiyada müəllimlər gözümüzün alışdığı müəllimlərdən olduqca fərqlidirlər:

Finlandiyada müəllim olmaq çətin və prestijlidir. Müəllim olmaq üçün bir çox mərhələrdən keçmək lazımdır. Məllimlərin maaşları xeyli yüksəkdir. Orta aylıq gəlir 3500 avrodur. Müəllimlər kitabların və tədris üsulunun seçimində azaddırlar.

8.Şagirdlərə dərsdən əlavə, vacib peşələr də tədris olunur:

Məktəblilərə yemək bişirmək, tikiş tikmək, hörgü hörmək kimi peşələr tədris olunur. Fin şagirdlər çox asanlıqla İnternet saytı aça bilirlər.

9.Şagirdlər nə yeyəcəklərini  özləri seçə bilirlər

Finlandiya məktəblərində yeməklər çoxçeşidir və pulsuzdur. Yemək menyusu 1 ay öncədən məktəbin internet saytında yerləşdirilir, bununla da şagirdlər istədikləri yeməyi seçə bilirlər.

Turan OSMANLI