Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 13:03:00
Təqaüd yaşına çatan məktəb  direktorları ilə  müqavilə nəyə əsasən uzadılır?-Əsas meyarlar

 

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Namizədlərin işə qəbulu çalışmanın yaş həddinə çatmış, hər hansı nöqsanına görə vəzifəsindən kənarlaşdırılmış, vəfat etmiş direktorların vakant yerləri hesabına həyata keçirilir. Bəzi hallarda isə çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış direktorların fəaliyyət müddəti uzadılır.

Bəs, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyət müddətinin uzadılmasına nəyə əsasən qərar verilir? Ümumiyyətlə, direktor bunun üçün hara müraciət etməli, hansı prosedurlardan keçməlidir?

AzEdu.az məlumat verir ki, çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı isə yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Əmək Məcəlləsinin 10-1-ci maddəsinin və bu qaydaların müvafiq bəndinin tələbləri gözlənilməklə, müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir.

Müsbət qərar qəbul edildikdə müqavilə müddəti nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadılır. Qeyd edilən tələblər çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir.

Çalışmanın yaş həddinə çatmış direktorun  fəaliyyət müddəti uzadılarkən isə Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar nəzərə alınır.

Bu meyarlar aşağıdakılardır:

-Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi;

-Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi;

-İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;

-Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;

-Dövlət mükafatı laureatı olması;

-1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi.

Bu qaydaların müvafiq bəndinin tələbləri gözlənilməklə, müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir.

Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının nazirliyə ünvanladığı təqdimat isə namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması ilə bağlı məlumat və təhlillərə əsaslanmalıdır.

Qeyd edək ki, 2019-cu ildə 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları