Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-02 16:33:00
Evdə nə vaxt böyük uşağa kiçikləri həvalə etmək olar?

Bir çox valideynlər böyük uşaq 7-8 yaşına çatanda daha kiçik uşağı ona tapşıraraq bir neçə saatlıq tək qoyur.

AzEdu.az hansı yaşda kiçik uşağı böyüyün nəzarətinə verməyin doğru olub-olmadığı barədə məqaləni təqdim edir:

Qeyd edək ki, uşaqlıq 3-12 yaşarası dövrü əhatə edir.

Amerika Pediatriya Akademiyası araşdırmalar nəticəsində bildirir ki, uşaqlar üçün xüsusi yaş həddi yoxdur, burda əsas məsələ uşağın yaşı yox, onun tərbiyəsi, bacarığı, kiçik uşaqlarla arasındakı münasibəti və ailədəki vəziyyətdən asılıdır. İkincisi isə böyük uşağın marağı olmalıdır ki, kiçiklərə diqqətli olsun, qayğı göstərsin.

Mütəxəssislər hesab edirlər ki, 12 yaşından aşağı yaşda heç bir uşağa kiçikləri etibar etmək olmaz. Yalnız ciddi istisnalarda maksimum 2 saat onları qoymaq olar, bir şərtlə ki, böyük uşağın minimum 9 yaşı olsun.

5-6-7 yaşında uşaqlar özləri hələ öz təhlükəsizliklərinin qeydinə qalmır və çətin situasiyalarda özlərini itirib yanlış hərəkət edə bilərlər. Nadinc, hiperaktiv, ünsiyyətdən qaçan, qapalı, hədsiz impulsiv, təşvişli uşaqlar evdə tək qoyulmamalıdır. (medicina.az)