Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 17:37:00
Təhsil qurumlarının mətbuat xidmətləri  jurnalistləri belə dəyərləndirdilər: – Sözçülərlə sorğu

 

Yeni təqvim ili qurumlar qarşısında  öhdəlik və məsuliyyətlər  qoyur. Əksər vaxtlarda jurnalistlər 2019-cu ilin yekunu olaraq işlədikləri dövlət qurumlarına əlçatanlıq baxımından yekun münasibət bildirirlər.

Bəs, təhsillə əlaqədar qurumların mətbuat xidmətləri 2019-un yekunu olaraq hansı media qurumu və təhsil jurnalistinin fəaliyyətini qənaətbəxş hesab edirlər?

AzEdu.az bununla bağlı təhsil qurumlarının rəhbər və əməkdaşları arasında sorğu keçirib:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov  2019-cu ilin ümumilikdə uğurlarla yadda qaldığını vurğulayıb və təhsil məsələlərindən yazan jurnalistlərdən razılığını qeyd edib:

“Bu il həm ölkə həyatında, həm də ayrı-ayrı sahələrin fəaliyyətində kifayət qədər müsbət irəliləyişlər olduğunu deyə bilərik.

Paytaxt  təhsilində də  2019-cu ildə yaddaqalan hadisələr də, nailiyyətlər də çox olub. Aparılan islahatların, görülən işlərin geniş ictimaiyyətə çatdırılması sözsüz ki, medianın dəstəyi olmadan mümkün deyil. Bu baxımdan bütün peşəkar media qurumlarına və jurnalistlərə minnətdarlığımı bildirirəm. Hər bir media qurumu  və hər bir  jurnalistin dəstəyini, həssaslığını hiss etmək qürurvericidir. Sevindirici  haldır ki, əvvəlki illərdə bəzi üzdəniraq, media adına ləkə gətirən adamların ümumilikdə media adına yaratdığı ictimai qınaq son illərdə peşəkar media cameəsinin yaratdığı müsbət imic sayəsində aradan qalxıb.

Bu baxımdan Modern.az  və Azeduaz  portallarının da xüsusi rolunu vurğulamalıyıq. Təhsil portalı kimi ixtisaslaşan Azedu.az təhsilə daha geniş yer ayırdığı üçün təhsil ictimaiyyəti tərəfindən daha çox izlənilir. Əməkdaşlarınız da təbii ki, tanınır və sevilir.  Xüsusən də Elmin Nuri, Mayıl Ağaxanov, Şükufə Süleymanlı, Nəzrin Cavid və digərləri.

Bütün bunlara görə Sizə təhsil ictimaiyyəti adından təşəkkürümüzü bildirir, qarşıdakı illərdə daha böyük uğurlar və oxucu sevgisi arzulayırıq!”

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri  Zamirə Adilova bildirib ki, təhsil sahəsində fəaliyyəti qısa müddəti əhatə etsə də, bu sahə üzrə çalışan KİV nümayəndələrinin əksəriyyətini istər şəxsi, istərsə də fəaliyyətlərindən dolayı tanıyır. Bu baxımdan, əlaqələrin intensivləşdirilməsi və qarşılıqlı əməkdaşlıq olduqca asan olub:

“Bir məqamı da qeyd edim ki, növbəti dəfə yerli media nümayəndələrimizin çoxprofilli olduğuna əmin oldum. Onlar bütün sahələr üzrə ixtisaslaşaraq peşəkar kadr kimi formalaşıblar. Fürsətdən istifadə edib, Bakı Ali Neft Məktəbinin fəaliyyətinə göstərdikləri əvəzsiz diqqət üçün həmkarlarımızın hər birinə Ali Məktəbin rəhbərliyi və İctimaiyyətlə Əlaqələr şöbəsinin kollektivi adından təşəkkür edirəm.

Təhsil sahəsi əsas fundamental istiqamətlərdən olduğu üçün demək olar ki, bütün media qurumları və mənsubları eyni dərəcədə həssaslıq nümayiş etdirirlər. 50-dən çox intensiv əməkdaşlıq etdiyimiz media qurumu var ki, hər zaman yaydığımız media relizlərini, tədbirlərimizi operativ işıqlandırırlar. Bundan başqa, hesab edirəm ki, biz də həmkarlarımız tərəfindən üvanlanan informasiya sorğularına vaxtında və qənaətbəxş cavablar verməyə nail olmuşuq.

Yeri gəlmişkən, AzEdu.az informasiya portalının təhsil sahəsində müstəsna xidmətlərini qeyd etmək istərdim. Hesab edirəm ki, olduqca faydalı təhsil resursudur.

Fəaliyyətindən məmnun olduğumuz media qurumları və jurnalistlərin adını qeyd etməliyiksə, “Azərtac”, “Trend”, “Report” İnformasiya agentliklərini, “Qafqazinfo”, “Modern”, “Day.az”, “Milli.az”, “Təhsil-press”,  “Salamnews”, “Publika”, “Baku Post” “Baku.ws”, “Azpolitika”, “Strateq”, “Məktəb Guşəsi”, “Youthportal”, “Avropainfo”, “Metbuat.az”, “Hafta.az” informasiya portallarını, “Azərbaycan”, “Respublika”, “Xalq”, “525-ci qəzet”, “Palitra” , “İkisahil”, “Ədalət”, “Səs” və “Mövqe” qəzetlərini, AzTV, CBC TV, ATV-ni misal kimi göstərə bilərəm.

 Jurnalist dostlarımızdan Elmin Nuri, Tural İbadlı, Orxan Kərimov, Tural Tağıyev, Anar Miriyev, İlhamə İsabalayeva, Həbibə Abdulla, Sevinc Qarayeva, Namidə Bingöl, Hicaranə Əlişqızı, Günel Hacı, Samirə Abdullayeva, Ramid İbrahimov, Zamin Məmmədov, Məzahir Məmmədli, Nardar Bayramlı, Xeybər Heydərov və başqalarının fəaliyyəti olduqca qənaətbəxşdir. Yeni ildə də qarşılıqlı, səmərəli əməkdaşlıq arzusu ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə hər kəsi təbrik edir, yeni müvəffəqiyyətlər, bol şans və xoşbəxtlik arzulayıram”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov   AzEdu.az, Qafqazinfo.az, Sia.az, Azərtac, Report.az və s. media qurumları ilə sıx çalışdıqlarını bildirir:

“Təhsil jurnalistlərindən isə İlhamə İsabalayeva, Namidə Bingöl, Elmin Nuri, Azərtac Dövlət İnformasiya Agentliyindən  İbrahim Əsədov,  “Report” İnformasiya Agentliyindən  Samirə Abdullayeva bizimlə mütəmadi olaraq işləyirlər.

İstərdim, 2020-ci ildə təhsil sahəsində təhlillər, təhsillə bağlı anologiyaların aparılması istiqamətində işlər görülsün. Daha dəqiq maarifləndirmə ilə bağlı fəaliyyətlərinin genişlənməsi yaxşı olardı”.

 Bakı Dövlət Universitetinin Mətbuat  və İnformasiya şöbəsinin  rəhbəri Pərvanə İbrahimova bildirib ki, mətbuat katiblərinin uğurlarının kökündə onların işini daim diqqətdə saxlayan jurnalistlərin hər birinin xüsusi əməyi var və bu, danılmazdır:

“İl ərzində demək olar, təhsildən yazan bütün jurnalistlərdən, bu sahədə ixtisaslamış sayt olaraq AzEdu.az-dan daim informasiya dəstəyi görmüşük. Azedu.az saytını özəl və oxunaqlı edən onu yaradan və yaşadan insanların peşəkarlığıdır. Burada təkcə jurnalist peşəkarlığından söhbət getmir, səhbət həm də hadisələri təhlil etmək, onu istiqamətləndirmək, problemləri görmək və bütün bunları professionallıqla təqdim etməkdən gedir. Bəzən sual xatirinə hansısa ictimai yükü olmayan hadisə haqqında sorğular alırıq. Etiraf edim ki, bu saytla əməkdaşlıq etdiyimiz bu illər ərzində belə suala, sorğuya rast gəlməmişik.

Mektebgushesi.az və Tehsilpress.az kimi digər təhsil saytları da davamlı olaraq məlumatlarımızı yayımlayırlar. Ümumiyyətlə, əksər media qurumları və həmin qurumların təhsildən yazan əməkdaşları ilə normal əməkdaşlıq əlaqələrimiz var.  Bu sırada Azərtac-dan Şahnaz Abdullayeva, İbrahim Əsədov, Report.az-dan Səid Qərib, Musavat.com-dan Xalid Kazımlı, Modern.az-dan Namidə Bingöl, APA.az-dan Günay Elşadqızı, Lent.az-dan Hicranə Əlişqızı, Salamnew.az-dan Orxan Kərimov, AzEdu.az-dan Nəzrin Cavid, Nəzrin Rüstəmova, Palitranew.az-dan Tural Tağıyev, Azvision.az-dan Aytən Eyyubova, Trend.az-dan İlhamə İsabalayeva, Mediapress.az-dan Könül Aypara, Kaspi.az-dan Rufik İsmayılov, Sputnik.az-dan Zülfiyyə Quliyeva, Avrasiya.net-dən Cavid Şahverdiyev, Sia.az-dan Nailə Məhərrəmova, Qafqazinfo.az-dan Günel Əbilova, Oxu.az-dan İlhamə Əbülfət, Movqe.az-dan Elnurə Abuşova, Axar.az-dan Billurə Yunus və Nərmin Əkbərli, Ted.az-dan Nicat Abdullayev, Aznews.az-dan Səidə Nurəmmədli, Hafta.az-dan Ruzbeh Məmməd, “Azərbaycan müəllimi” qəzetindən Ruhiyyə Daşsalahlı, “525-ci qəzet”dən Sevinc Qarayeva, “Yeni Azərbaycan” qəzetindən Müşfiqə Bayramlı,”Şərq” qəzetindən Ayyət Əhməd, və s. adlarını çəkə bilərəm. Media qurumu olaraq “Yeni Zaman”, “İki sahil” qəzetləri, Moderator.az, afn.az, ednews.net, dialoq.info, azpress.az, türküstan.info saytları, Az.TV, ATV, İTV, ARB, Real TV də bizə informasiya dəstəyi verən qurumlardır.

Adlarını çəkdiyim və unudaraq çəkə bilmədiyim bütün həmkarlarımı təbrik edir, qələmlərinin daim iti olmasını arzulayıram. Yeni il hər birinizə, uğur, səadət dolu günlər gətirsin”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova təxminən ay yarımdır Azərbaycan Texniki Universitetinin mətbuat katibi olaraq fəaliyyət göstərsə də, qısa vaxt ərzində jurnalistlərlə əməkdaşlıqdan razılıq edir:

“Qısa vaxt ərzində istər televiziyalar, istərsə də saytlarla çox yaxşı əməkdaşlıq etmişik. Jurnalistlərin zəng  və ya sms vasitəsilə ünvanladığı sualları, göndərdikləri sorğuları vaxtında cavablandırmağa çalışmışam. Çünki özüm də onlardan biriyəm və işlərinin necə əziyyətli olduğunu yaxşı başa düşürəm. Əsas onlar mənim işimdən razı qala biliblərsə, bu, çox gözəldir. Əslində, sualınıza uyğun olaraq əvvəl istədim konkret ad çəkim, baxdım ki, mənim heç bir jurnalistlə problemim olmayıb. Əksinə bu işim vasitəsilə yeni dostlar qazanmışam. Fürsətdən istifadə edib mətbuat işçilərini 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm.  Hər birinə yeni uğurlar arzulayıram”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mətbuat Xidmətinin rəhbəri Elnarə Məmmədova həmkarları ilə həmfikirdir və ilbpyu çalışdığı jurnalistlərdən razıdır:

“Təhsil sahəsində çalışdığım üçün gündəlik olaraq təhsil sahəsində baş verən yenilikləri izləyirəm. Azedu.az təhsillə bağlı yenilikləri izlədiyim əsas mediadır. Operativlik baxımından da digər təhsil portalları ilə müqayisədə hər zaman bir addım öndədir. Digər təhsil mediasına gəlincə isə “Azərbaycan müəllimi” onlayn qəzeti, mektebgusesi.az saytı ilə də sıx əməkdaşlıq edirik.  AZTV-nin “Mən, sən, o”, İctimai televiziyanın MAG proqramlarının da adını xüsusilə qeyd etmək istərdim. Hər birinin peşəkar jurnalist komandası var. Əminəm ki, qarşıdakı illərdə də UNEC-in bütün yeniliklərini və uğurlarını birlikdə bölüşəcəyik. Jurnalist həmkarlarımın və dostlarımın hər birini  qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm, cansağlığı və xoşbəxtlik arzulayıram!

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova da öncə media qurumlarında çalışan, il ərzində media dəstəyini əsirgəməyən bütün həmkarlarını universitetin kollektivi adından təbrik edib:

“Ən yaxın media dəstəkçimiz  həmişəki kimi  “Azedu.az” oldu. Həmçinin “Moderator.az”, “Modern.az”, “Məktəb guşəsi.az”, “Mediapress.az” “Müstəqil.az”, İlkxəbər.org”, “Azpost.info” və s.saytlar, “Azərbaycan müəllimi”, “Xalq qəzeti, “Respublika” qəzeti ilə daimi əməkdaşlıq etdik.

Ən çox ünsiyyətdə olduğumuz, operativliyi ilə bizi razı salan jurnalistlər Elmin Nuri, Mayil Ağaxanov, Könül Aypara,Vəfa Abdullayeva, Aysel Səfərli, Xaqani Səfəroğlu, Xanoğlan Əhmədov, Vasif Sadıqlı, İttifaq Mirzəbəyli, Əli Nəcəfxanlı, Əlisəfa Həsənov  və digərlərinə media dəstəyinə görə təşəkkür edirəm.

Narazı qaldığımız  media qurumları da oldu. Bizimlə əlaqə saxlamadan, heç bir dəqiqləşdirmə aparmadan xəbərlər yayan saytlar sonradan  təkzib versələr də xəbərlərinin dəqiq və qərəzsiz verilməsinə olan inamı itirdilər. Həmkarlarımdan bir xahişim var-sosial şəbəkələrdə yazılanlara Quran ayəsi kimi baxıb həmən verməyin-jurnalist araşdırması aparın. Bu dəqiqə Azərbaycan mətbuuatında ən ağrılı məqam araşdırmaçı jurnalistlərin azlığıdır. Bütün sahələrdə...”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri  Nəcibə Mirzəyeva da bir sıra media qurumları ilə əməkdaşlıq etdiyini bildirib:

“AzEdu.az böhran vəziyyətində olduqda zəng vurub maraqlanır, mövqeyimiz olmadan yazı yayımlamır. Modern.az, Qafazinfo.az, Kaspi.az, Teleqraf.com və s. ilə əməkdaşlıq edirik.

İstərdik, 2020-ci ildə də media qurumları həmişə bizimlə işləsinlər, tələbə və müəllimlərimizin uğurlarıı işıqlandırıb, universitetin yenilikləri ilə maraqlansınlar. Böhran vəziyyətində mütləq mövqeyimizi öyrənib jurnalistikanın etik prinsiplərinə riayət etsinlər. Qarşı tərəfin mövqeyini öyrənmədən subyektiv yazılar yayımlamasınlar. Obyektivliyi təmin edərək birgə işləyək. Təhsilin inkişafı üçün müsbət məqamları işıqlandırsınlar.

2020-ci il hər birimizə uğurlu, düşərli il olsun”.

Azərbaycan Dillər Universitetinin  sözçüsü Cavid Zeynallı isə bildirib ki, bu məsələdə ayrı–seçkilik salmağın tərəfdarı deyil. Çünki hazırda təhsilin medianın dəstəyinə ictimai mənada böyük ehtiyacı var:

“Azərbaycan Dillər Universiteti ilə işləyən, təhsildən yazan əməkdaşlara minnətdarlığımı bildirirəm. Bu, həm də Azərbycan Dillər Universitetinin və rektorunun mövqeyidir. Bu il ərzində KİV əməkdaşlarını özümüzə qarşı  həssas və təəssübkeş münasibətinin şahidi olduq. İl ərzində təşkil edilən mətbuat konfransları, media turlarda aktiv iştirak etdilər. Universitetin elmi – pedaqoji həyatında baş verən hadisələr mediada işıqlandırıldı. Bu məsələdə də həmkarlarımızın dəstəyini hiss etdik.

İnanırıq ki, əməkdaşlığımız 2020-ci ildə də eyni qaydada davam edəcək. Universitet kollektivi və jurnalistlər olaraq daha böyük uğurlara imza atmaq imkanımız olacaq”.

 

Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimov isə öncə bütün media əməkdaşlarının, AzEdu.az kollektivinin yeni ilini təbrik edib. Həmkarlarına qələmlərinin iti olmasını, obyektivliyi hər zaman qorumağı arzulayıb:

“Başda Azərbaycan Dövlət İnformasiya Agentliyi olmaqla, Azərbaycan müəllimi qəzeti, Moderator.az, Mektebgusesi.az, Tehsilpres.com, Trend.az, Report.az, Azvision.az, Virtual.org, Haqqin.az, Modern.az, AzEdu.az-la sıx əməkdaşlıq etmişik.

Bəzi məqamlarda bütün mətbuat bizimlə işləyə bilər, amma bu, onlarla sıx əməkdaşlıq etmək demək deyil.

Universitetdə keçirilən müəyyən tədbirlərin işıqlandırılması, universitetin elm və təhsil həyatı, elmi tədqiqatlarla bağlı sualların cavablandırılması, ictimaiyyətə məlumat verilməsində bizə yaxından kömək ediblər. Buna görə də onlara təşəkkür edir, fəaliyyətlərini yüksək qiymətləndiririk”.

Bakı İlahiyyat İnstitutunun mətbuat katibi Ayşən  Hüseynova da 2019-cu ildə sıx çalışdığı media qurumlarını sadalayıb:                     

"Media qurumlarından AzEdu.az, Mektekgushesi.az, Azərbaycan müəllimi qəzeti, facebookda Azərbaycan Universitetləri səhifəsi, təhsil jurnalistlərindən Şükufə Süleymanlı, Hicranə Əlişqızı, Sevinc Qarayeva, Xəyalə Muradlı, Yasəmən Bağırova, Zöhrab Süleymanlı, Məzahir Məmmədli və s ilə əməkdaşlıq edirəm".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları