Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 17:59:00
“Təhsil terminlərinin izahlı lüğət”i çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin elmi işçisi Sevinc Səfərovanın həmmüəllifi olduğu “Təhsil terminlərinin izahlı lüğət”i çap olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, lüğətin digər müəllifləri İlyas Əfəndiyev adına Elitar gimnaziyanın direktoru, Əməkdar müəllim Sevda Quliyeva və Şirvan şəhəri Kimya-biologiya təmayüllü liseyin direktoru Hüseyn Mirzəyevdir. Nəşrin redaktoru Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova, rəyçiləri Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi Nəriman Seyidəliyev və filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynovadır.

Təhsilin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqamətlərin təşəkkülü, eləcə də elmlərin inteqrasiyası və diferensiyası nəticəsində terminlərin toplanması onların sistemləşdirilməsini və “Təhsil terminlərinin izahlı lüğəti”nin tərtibini zəruri edib.

Kitabda terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əks olunub. Bundan əlavə, lüğətin tərtibi prosesində dilin öz daxili imkanları hesabına yaranan terminlər, rus dilindən, rus dili vasitəsi ilə başqa dillərdən birbaşa alınan terminlər əsas götürülüb. Elmi mənbə olan bu lüğətdə hər bir terminin mənşəyi, izahı verilib.