Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 10:58:00
Məktəbli idmançılarımızın 2019-cu ildəki böyük uğurları – Rəqəmlər və faktlar

2019-cu ildə idmançılarımız bir çox uğurlu nəticələr əldə ediblər.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə məktəbli idmançılarımız il ərzində müxtəlif uğurlara imza atıblar.

16-20 iyun 2019-cu ildə Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən məktəblərin dünya oyunlarında karate və cüdo idman növləri üzrə yarışlarda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin idmançıları karete idman növü üzrə yarışlarda 6 qızıl,1 gümüş və bürünc medal, cüdo idman növü üzrə yarışlarda isə iki bürünc medal qazanıblar.Medal sıralamalarına görə karate idman növü üzrə komandamız 8 ölkə arasında I yeri tutub.

23-27 oktyabr 2019-cu ildə Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən karate üzrə XI dünya çempionatda ”Təhsil” RİM-in yığma komandasının idmançıları Məmmədli Hüseyn Azər oğlu milli komandanın heyətində dünya ikincisi, Hüseynzadə Hüseyn Rəhman oğlu isə həmin çempionatda dünya üçüncüsü olub.Qeyd edək ki, Məmmədli Hüseyn 2019-cu ildə  yeniyetmə və gənclərin Avropa çemoionatında III yerə, məktəblilərin dünya oyunlarında I yerə layiq görülmüş və eyni zamanda  10-a qədər mötəbər yarışların qalibi olub.

05-08 dekabr  2019-cu  il  tarixlərində  Yaponiyanın  Tokyo  şəhərində keçirilən Dünya  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri tamblinq və batut gimnastikası  üzrə milli yığma komandanın heyyətində 11-12 yaş oğlanlar arasında batut gimnastikası üzrə sinxron  çıxışlarda Hüseyn Abbasov və Maqsud Mahsudov gümüş medal,  Maqsud Mahsudov eyni zamanda fərdi  çıxışlarda  qızıl medal, 11-12 yaş oğlanlar arasında keçirilən tamblinq yarışlarında isə  Aleksey Karataşov qızıl medala layiq görülüb.

2019-cu idmançılarımız uğurlu nəticələr əldə ediblər. Belə ki, Yunanıstanın Saloniki şəhərində keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında “Təhsil" Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri Fatimə Həsənova  gümüş və Aydın Süleymanov  bürünc  medal, Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi boksçular arasında Avropa çempionatında çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin yetirməsi Məhəmməd Abdullayev qızıl medal qazanıblar.

17-27 aprel 2019-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən məktəblilərin dünya çempionatında iştirak edən şahmatçılarımızdan Süleyman Süleymanlı dünya çempionatının gümüş mükafatçısı olub.

 “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri 2019-cu ildə beynəlxalq yarışlarda uğurları xüsusi qeyd edilməlidir.Belə ki, 01-13 oktyabr 2019-ildə Hindistanın Mumbay şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında Aydın Süleymanlı  14 yaşadək oğlanlar arasında dünya çempionu adını qazanıb. 31 may – 8 iyun 2019-cu ildə Rumunyanın Mamaia şəhərində keçirilən  məktəblilər arasında Avropa çempionatında Kərimli Yusif  9 yaşadək oğlanlar arasında Avropa çempionu olub. Həmin çempionatda  çıxış edən Xanım İsmayılova isə 9 yaşadək qızlar arasında Avropa çempionatının bürünc medalını qazanıb. 01-11 avqust 2019-cu ildə Slovakiyanın Bratislava şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında çıxış edən şahmatçımız Ayan Allahverdiyeva 14 yaşadək qızlar arasında Avropa çempionu olub.

 15-19 avqust 2019-cu ildə Belarusiya Respublikasının Minsk şəhərində 12 yaşadək şahmatçılar arasında Rapid və Blitz üzrə dünya çempionatda 8 yaşadək oğlanların mübarizəsində Rafael Bayramlı rapiddə dünya ikincisi olub.

 11-20 oktaybr 2019-cu ildə Monteneqronun Ulçin şəhərində məktəblilərin şəxsi Avropa kubokunda iştirak edən şahmatçılarımız; Xanım İsmayılova 9 yaşlıların A qrupununda, Səlbinaz İsmayılova 9 yaşlıların B qrupunda, Yusif Babayev 7 yaşlıların A qrupunda, Murad Məmmədov isə 7 yaşlıların B qrupunda yarışların qalibi adına layiq göirülmüşlər.

 24 oktyabr – 2 noyabr 2019-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilən kişi və qadınlardan ibarət yığma komandaların Avropa çempionatında ölkəmizin qadın yığması 27 illik fasilədən sonra Avropa çempionatının bürünc medallarına sahib olub. Qadınlardan ibarət yığmanın aparıcı üzvlərindən ikisi Xanım Balacayevə və Günay Məmmədzadə məhz “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələridir.

 29 oktyabr–05 noyabr 2019-cu ildə Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasındakı Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandasının 5 şahmatçısından 4-ü; Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Məhəmməd Muradlı məhz “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələridir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları