Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 09:42:00
Dünya reytinqindəki  100 şahmatçımızdan 79-u bu mərkəzin yetirmələridir

Ölkə üzrə 25 nəfər beynəlxalq qrossmeysterdən 16-sı, 27 nəfər beynəlxalq dərəcəli idman ustasından 10-u, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələridir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə idman-şahmat məktəblərinin komandaları Azərbaycan çempionatında uğurlu nəticələr əldə ediblər.

Belə ki, mərkəzin boks ürzə yığma komandaları 2019-cu ildə yeniyetmə və gənclər arasında keçirilən respublika çempionatının, atletika idman növü üzrə yığma komanda Azərbaycan birinciliyinin qalibi olub. Təhsil Nazirliyi sistemində ilk dəfə olaraq “Vətən” RİOEUGFM-in komandaları  2018-2019-cu il mövsümü üzrə AFFA tərəfindən keçirilən respublika çempionatlarında 3 yaş qrupu üzrə I yerə(U-10,U-14,U-17), Iki yaş qrupu üzrə II yerə (U-11,U-16) və bir yaş qrupu (U-15) üzrə III yerə layiq görülüb.

2019-cu ildə təsdiq edilən təqvim planı üzrə nəzərdə tutulan idman növləri üzrə açıq respublika birinciliklərin və çempionatlar yüksək səviyyədə təşkil edilən və yaş qrupları üzrə mərkəzin yiğma komandaları müəyyən edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları