Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 12:32:00
“Bunda nə var, ana ürəyidir də...” – Baxıcı fala baxdıran abituriyentlərdən danışdı

“Ana ürəyidir də, qəlbindən keçir və gəlib baxdırır ki, övladım ali məktəbə daxil olacaq, yoxsa yox” 

Bu sözləri AzEdu.az-a açıqlamasında baxıcı Yeganə Zeynalova deyib. Onun sözlərinə görə, valideynlərin qəbul imtahanları ərəfəsində  baxıcılara müraciət etməsi tamamilə normaldır: 

“Nə abituriyentlər, nə də valideynlər imtahan ərəfəsində mənə müraciət etməyiblər. Onsuz da, zəkası olan şagird mərdimazar olmasa universitetə daxil olur. Kimin qismətində nə varsa o da olacaq. Ancaq müraciət edənləri də başa düşürəm. Anadır  narahat olur və övladının ali məktəbə daxil olub-olmamasını öyrənmək istəyir. Qəlbindən keçirsə, yoxlatdırar. Ona nə demək olarki?!”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları