Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 16:50:00
Neft-Kimya Prosesləri İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Neft-Kimya Prosesləri İnstitutundan AzEdu.az-a bildirilib ki, tədbirdə müəssisənin direktoru, akademik Vaqif Abbasov bayram münasibətilə əməkdaşları təbrik edib. O, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında birliyin yaradılması və onların təşkilatlanması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Yola saldığımız 2019-cu ilin institut üçün uğurlu olduğunu deyən akademik Vaqif Abbasov cari ildə Prezident İlham Əliyevin Sərəncamı ilə institutun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasında hər bir əməkdaşın xüsusi əməyini qeyd edib və əməkdaşlara minnətdarlığını bildirib.