Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 15:35:00
Məktəblərdəki idman müəssisələrində bu qədər qız məşq  edir

 

 Ölkə məktəblərində  57.697 nəfər məşq prosesində iştirak edir ki, onlardan da 9.490 nəfəri qızlardır.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə təhsil müəssisələrində işləyən məşqçi-müəllimlərin ümumi sayı 2.888 nəfər təşkil edir, onlardan 758 nəfəri qadınlardır.

Məşqçi-müəllimlərdən 32 nəfəri ali ixtisas kateqoriyalı, 263 nəfəri birinci kateqoriyalı,15 nəfəri isə ikinci ixtisas kateqoriyalıdır.

Göstərdiyi yüksək nəticələrə görə məşqçi-müəllimlərdən 230 nəfəri “Əməkdar məşqçi”, 68 nəfəri “Fəxri bədən tərbiyəsi idman işçisi”, 14 nəfəri “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb.

Müəssisələr üzrə ümumilikdə 1633 nəfər birinci dərəcə, 343 nəfər idman ustalığına namizəd, 42 nəfər idman ustası normalarını yerinə yetirib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları