Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 12:07:00
Elçinin romanı Misirdə nəşr olundu

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində ərsəyə gələn növbəti nəşr - görkəmli Azərbaycan yazıçısı Elçinin “Baş” romanı Misirdə işıq üzü görüb.

AzEdu.az Kulis.az-a istinadən xəbər verir ki, Misirin “Ən-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib.