Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 10:15:00
“AMEA-da akademik-katib  vəzifələri ixtisara düşür və...” – İsa Həbibbəyli

“AMEA-nın birinci vitse-prezidenti akademiya  prezidentinə  həvalə edilən yeni vəzifələrin  icrası zamanı ona yardımçı olacaq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın Sosial və İctimai elmlər üzrə  birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O, AMEA-nın birinci vitse-prezidenti seçilməsi ilə bağlı təəssüratlarını və gələcək işlərini bizimlə bölüşüb.

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində  dəyişiklər edilib. Bu dəyişiklər daha çox  elmin dövlət quruculuğuna, müstəqil dövlətin hədəflərinə doğru  inkişaf etməsinə yönələcək. Artıq bölmələrdə akademik-katib  vəzifələri ixtisara düşür. Vitse-prezident həm də akademik- katibin  vəzifəsini icra edəcək və bölməyə rəhbərliyi həyata keçirəcək. Beləliklə, problemlər həll olunmağa doğru gedəcək. Akademiyada olan artıq ştatlar ixtisar olunur. AMEA  mobil qrupa çevrilməyə doğru gedir. Bu mobil qrup  öz işini Azərbaycanın inkişaf etdirilməsinə, ölkə başçısının elmi təşəbbüslərinin həyata keçirilməsinə sərf edəcək.

Akademiyanın 2020-2025  illər üçün İnkişaf Proqramı qəbul olunub. Eyni zamanda, akademiya prezidentinin təklifi ilə  hər il üçün də ayrıca tədbirlər planı  nəzərdə tutulub. Biz artıq, 2020-ci il üçün   strateji  tədbirlər planını hazır etmişik. 2021-ci ildə heç şübhəsiz ki, biz  dövlət Prezidentinin sərəncamlarından irəli gələn işləri, elm siyasətinin həyata keçirilməsi ilə bağlı olan  vəzifələri və dünyaya inteqrassiya ilə bağlı olan məsələləri əsas götürəcəyik.

Vitse-prezidentlər konkret bir bölməyə rəhbərliyi həyata keçirərək, həmin bölmənin əhatə etdiyi fəaliyyətə rəhbərlik edirlər.Birinci vitse-prezidentlər isə  konkret bir bölmə və bölmələrə  rəhbərlik etməklə yanaşı,  eyni zamanda müəyyən elmi istiqamət üzrə  ölkəmizdə aparılan elm siyasətinin  həyata keçirilməsini təmin edəcək.Həmçinin, Akademiya prezidentinin  ona həvalə etdiyi yeni vəzifələrin  icra edilməsinə də kömək göstərəcək”.

Qeyd edək ki, bu gün İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti seçilib.

Xatırladaq ki, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi İsa Həbibbəyli  1996-cı ildən Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları