Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 09:30:00
Xeyli  sayda dövlət qulluqçusunun əmək fəaliyyətinə dəyişiklik edilib-DİM

“Dövlət qulluqçularının Reyestri sistemində 6388 nəfər dövlət qulluqçusunun əmək fəaliyyəti barədə məlumatlarına əlavə və dəyişikliklər edilmişdir”.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin illik hesabtında məlumat verilib.

 Hesabatda qeyd olunub ki, dövlət orqanlarının strukturlarında 5926 vəzifə üzrə əlavələr və ya ixtisarlar edilmişdir. Bu dəyişikliklər şöbə tərəfindən dövlət orqanlarından göndərilmiş məktublar əsasında yoxlanılmış və məlumatların düzgünlüyünə nəzarət edilmişdir.

Həmçinin dövlət qulluğu üzrə uğurla imtahan vermiş 3734 nəfər namizəd sertifikat əldə etmişdir. 2774 şəxsə sertifikat təqdim edilmişdir.

Qeyd edək ki,  DİM-in Dövlət elektron informasiya sistemləri şöbəsi tərəfindən “Namizəd-müsahibə” sistemi üzrə dövlət qulluğu üzrə müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin təhsil, reyestr və digər məlumatları yoxlanılmışdır. Cəmi 9426 namizədin ərizəsinə baxılıb, 9172 ərizəyə razılıq verilib, 254 ərizədən isə  imtina edilib.

Ayşə MÜSEYİB