Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 13:38:00
AMEA-nın 2020-2025-ci il üçün  Fəaliyyət Planı” təsdiqləndi

“2020-2025-ci il  “Fəaliyyət Planı”-nın qəbul olunması üçün bir sıra vacib nüansları əsas götürdük”.

 AzEdu.az xəbər verir ki,bu sözləri AMEA-nın müxbir üzvü Pənah Muradov Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib. O,”Fəaliyyət Planı”-nın qəbul olunması üçün zəruri olan şərtləri diqqətə çatdırıb.

“2020-2025-ci il  Fəaliyyət Planı”-nın təsdiq olunmasını doğuran bir sıra şərtlər var idi. Bunlar- elmin istiqamətlərini müəyyənləşdirmək, fəaliyyət istiqamətlərinə olan təhdidləri aradan qaldırmaq, elmi yanaşmanı dəyişmək, beynəlxalq istiqamətləri üstün tutmaq, AMEA və innovativ siyasəti genişləndirməkdən ibarətdir”.

 Onu da qeyd edək ki,  bu gün AMEA-nın 2020-2025-ci il  “Fəaliyyət Planı” Reyasət Heyətinin ilin son yekunlarına həsr olunan iclasında təsdiq olunub. Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən iclasda səsə qoyulan “Fəaliyyət Planı” rəy çoxluğu ilə qəbul edilib.

Tədbirdə AMEA-nın akademik katibləri, vitse-prezidentləri, İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları