Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 12:37:00
“Alimlərin çoxu öz layihələrini təqdim edə bilmirlər”- Müxbir üzvdən  giley 

 “Alimlərin çoxu öz layihələrini təqdim edə bilmirlər.  Bu istiqamətdə çoxlu çətinliklər yaşanır”.

 AzEdu.az  xəbər verir ki,bu sözləri AMEA-nın müxbir üzvü Könül Bünyədzadə Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib.

O, alimlərin yeni informasiya texnologiyalarından geridə qaldığını deyib.

“Beynəlxalq elm ictimaiyyətində tanınmaq üçün lyihələrlə çıxış etmək lazımdır. Bu istiqamətdə alimlərimiz öz layihələrini təqdim edə bilmirlər.Onlar yeni innovativ üsullardan geri qalır və öz potensiallarını genişləndirə bilmirlər”.

Qeyd edək ki,Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları