Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 12:14:00
Ramiz Mehdiyev sərt danışdı – “AMEA-ya ayrılan məbləğdən səmərəli istifadə edilmir”

“Ölkədə hər il  AMEA-ya  xeyli məbləğdə vəsait ayrılır.  Lakin bundan səmərəli şəkildə istifadə edilmir”.

AzEdu.az xəbər verir ki,bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib.Akademik  onu da qeyd edib ki, Elm fondu elmin inkişafına 50 milyon vəsait ayrılıb:

 “Ayrılan bu vəsaitin məbləği ilə  müqayisədə elmi tədqiqatlarda  inkişaf görünmür. Beynəlxalq və regional elmin inkişafı bu istiqamətdə zəifdir. Dövlətin ayırdığı vəsait innovativ layihələrdə öz sözünü demir”.

Qeyd edək ki,Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları