Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 12:08:00
“Alimlərimizin  elmi layihələrdə iştirakı olduqca aşağı səviyyədədir”-AMEA prezidenti

 “Alimlərimizin  elmi layihələrdə iştirakı olduqca aşağı səviyyədədir”.

AzEdu.az  xəbər verir ki,bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib.

Akademik qeyd edib ki,elm adamlarımız iqtisadi layihələrin hazırlanmasından geri qalırlar.

“Avropa Elmi Komissiyasının elmə ayırdığı 80 milyon məvacibdən biz yararlana bilməmişik. Bu istiqamətdə elmi yenilik və layihələrimiz olduqca azdır. Alimlərimiz diqqətini qeyri-neft sektoruna yönəltməlidir. Yaşadığımız dünya iqtisadiyyata əsaslanır. Bu istiqamətdə Akademiyanın qarşısında bir çox vəzifələr dayanır. Yeni və innovativ layihələrin hazırlanması bu istiqamətdə boşluğu aradan qaldıra bilər”.

Qeyd edək ki,Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları