Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 11:57:00
Akademiyanın “Fəaliyyət Planı”-nın əsas istiqamətləri açıqlandı

AMEA-nın 2020-2025-ci illər “Fəaliyyət Planı”-na daxil olan əsas müddəalar bizim prioritet istiqamətimizdir.

AzEdu.az xəbər verir ki, bu sözləri AMEA-nın akademik katibi Əminağa Sadıqov Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib. O, “Fəaliyyət Planı”-na daxil olan müddəaları diqqətə çatdırıb.

“Fəaliyyət Planı-”na daxil olan əsas istiqamətlər- elmi tədqiqatların təkmilləşdirilməsi, struktur inkişafın təmin edilməsi, elmi infrastrukturun genişlənməsi, elmi işçilərin attestasiyası, elmin maliyyələşməsi,  xarici əlaqələrin genişlənməsi, innovativ yeniliklərdən istifadə, azərbaycançılıq ideyasının geniş kütləyə çatdırılması təşkil edir”.

Qeyd edək ki,Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları