Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 13:15:00
İtaliyanın təhsil naziri istefa verib

İtaliyanın təhsil naziri Lorenzo Fioramonti tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

AzEdu.az xəbər verir ki, nazir buna səbəb olaraq, 2020-ci il büdcəsində təhsilə ayrılan vəsaitin az olmasını göstərib. Lorenzo Fioramonti bildirib ki, məktəb və universitetlərin yenidən qurulması və ya vəziyyətinin yaxşılaşdırılmasına milyonlarla avro vəsait lazımdır və hökumət bu məbləği ayırmağı lazım bilməyib.

Lorenzo Fioramontinin istefası hazırkı hökumətə ciddi zərbə vurub. Belə ki, onun təmsil olunduğu partiya Avrozona da daxil olmaqla bir çox islahatlar ilə bağlı ortaya atılan məsələlərdə aparıcı səsə sahibdir. Bu hadisə həm də iqtidar partiyası olan “5 ulduz”un daxilində çəkişmələrin başladığının daha bir sübutu kimi dəyərləndirilib.

Nazirin istefa ərizəsi artıq Baş Nazir Cüzeppe Konteyə təqdim olunub. Lorenzo Fioramonti növbəti ilin büdcəsində təhsil islahatları üçün 3 milyard avro vəsait ayrılmayacağı təqdirdə vəzifəsindən gedəcəyini hələ sentyabrda demişdi.

Qeyd edək ki, hazırda parlamentdə son müzakirəsi aparılan büdcə layihəsi dekabrın 30-da təsdiqlənəcək.(AZƏRTAC)