Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 17:27:00
Bu tədris mərkəzi YÖS və SAT hazırlığını xüsusi faydalı üsullarla  aparır – Tələsin

 

“Sürət məsələsi çox önəmlidir.İmtahan verən şagirdlər çevik olmağı bacarmalıdır”.

Bu sözləri AzEdu.az-a  açıqlaması zamanı “MATH Academy” tədris mərkəzinin rəhbəri, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının riyaziyyat müəllimi Umud Babaşov deyib.

O, YÖS və SAT imtahanları ilə bağlı danışarkən, onların faydalılıq meyarlarını da vurğulayıb:

 “YÖS imtahanı Türkiyədə təhsil almaq üçün nəzərdə tutulur. 80 suallıq imtahan prosesi 90 dəqiqəni əhatə edir. Gördüyünüz ki, 80 sualı cavablamağı tələb edən  imtahan  elə  formatda qurulur ki,  bu proses qısa zaman çərçivəsində yerinə yetirilsin. Burada sürət məsələsi çox önəmlidir. İmtahan verən şagirdlər çevik olmağı bacarmalıdır.

Mərkəzimizdə YÖS hazırlığı 3 dəfə mövzu anlatımı, iki dəfə isə  əlavə dərs olmaqla həftədə 5 dəfə keçirilir. Bizim  əlavə dərsləri keçməkdəki əsas məqsədimiz  şagirdlərin daha sürətli şəkildə  çalışmalarını təmin etməkdir. Buna görə də lazım olduqda  zəif uşaqlar üçün  əlavə dərslər salırıq. Müəllimlərin şagirdlərlə davranışı çox  nümunəvidir.

Bütün müəllimlər yüksək təcrübəsi olan təhsil işçiləridir. Onlar beynəlxalq olimpiadalarda   iştirak etmiş, xaricdə təhsil yolu keçmiş insanlardı. YÖS imtahanında şagirdlər proqramı tamamlamaqda çətinlik çəkirlər. Bunun üçün də biz  dərslərimizi intensiv keçməyə üstünlük veririk. Bu mövzuda əlimizdən gələnləri etməyə çalışırıq.

SAT imtahanı isə  iki hissədən ibarət olur: Akademik səviyyədə ingilis dili və ingilis dilində olan riyaziyyat. Bu imtahan dünyanın 90%-dən çox universitetində keçirilir. Kursumuzda  bu imtahanın hazırlığı akademik səviyyəsi ingilis dilində olan müəllimlər tərəfindən tədris edilir.

SAT imtahanında şagirdlərin qarşılaşdığı əsas problemlərdən biri inglis dili ilə bağlı olur. Lakin biz bu məsələdə onlara yaxından  kömək edirik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları