Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 17:01:00
Qəbul imtahanları abituriyentlərin böyük əksəriyyəti üçün çətin keçməyib – SORĞU

Abituriyentlərin 62%-i (248 nəfər) üçün qəbul imtahanları, 29%-i (116 nəfər) üçün buraxılış imtahanları, 6%-i (24 nəfər) üçün hər ikisi çətin olub. Yalnız 3% (10 nəfər) abituriyent üçün heç bir imtahan çətin olmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Valideyn və müəllim respondentlərin 33%-nin fik- rincə, buraxılış imtahanları, 37%-inin qənaətinə görə, qəbul imtahanı abituriyentlər üçün çətin olub. Respondentlərin 14%-i hər ikisinin çətin olduğunu, 2%-i heç birinin çətin olmadığını bildirib. 14% respondent cavab verməkdə çətinlik çəkib.

Təhsil ekspertlərinin bu məsələyə münasibəti müxtəlif olub:

“Hər iki imtahan DİM tərəfindən keçirilir.Qəbul imtahanlarının çətin və ya yüngül keçməsi barədə cəmiyyətdə müxtəlif mövqelər var. Ən başlıcası isə DİM sözçüləri hər bir mövqe ilə bağlı mütəmadi açıqlamalar verir və məsələyə aydınlıq gətirirlər” (Nadir İsrafilov);

“Ümumiyyətlə 2019-cu ildə keçirilən qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçiləcək. Çünki bu il tətbiq olunan yeniliklər tam şəkildə imtahan iştirakçıları tərəfindən mənimsənilməyib. Hətta martda IX, apreldə XI siniflər üçün keçirilən buraxılış imtahanlarında da yüksək nəticə olmadı. Aprelin 7-də keçirilən imtahanda yalnız 2 şagird maksimum nəticə göstərdi ki, bu da çox aşağı nəticədir. Amma imtahan cavablarının iki ay müddət keçəndən sonra elan olunması şagirdlər arasında psixoloji gərginlik yaradır. Bir məqamı da qeyd edim ki, təhsildə yeni ənənələr hələ tam oturuşmayıb. Apreldə DİM tərəfindən keçirilən qəbul imtahanlarının I mərhələsində (eyni zamanda buraxılış imtahanı) bakalavrların çoxu tələb olunan 300 balı yığa bilmədi. Yalnız iki abituriyent bu nəticəni göstərə bildi. Bu isə bir daha dolayı olaraq orta təhsil sisteminin mükəmməl olmaması, şagirdlərin hazırlıq səviyyəsinin çox aşağı enməsinin göstəricisidir. Nə qədər ki, orta məktəblərdə, ümumiyyətlə, təhsildə neqativ hallar qalacaq, bundan artıq nəticə gözləmək də əbəsdir” (Kamran Əsədov);

“Bu model ilk dəfə tətbiq olunduğu üçün abituriyent və valideynlər sistemə tam öyrəşməyiblər. Eynilə repetitorlar və kurslar üçün də bu, ilk idi. Ancaq düşünmürəm ki, elə də çox çətindir, sadəcə Azərbaycanda yeni tətbiq olunan model olduğu üçün müəyyən çətinliklər yarandı. Ancaq bu, keçicidir, növbəti illərdə həm kurslar, həm repetitorlar, həm valideynlər, həm də hazırlaşanlar artıq buna öyrəşəcəklər” (Elşən Qafarov):

Şükufə Süleymanlı
Müəllifin digər yazıları