Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 16:00:00
Səsvermələr başqa ölkələrdə də məktəb binalarında keçirilir?- Ekspertlərdən cavab

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Səsvermə prosesi həm də  təhsil və tibb müəssisələrində keçirilir. Lakin dünyanın bir çox ölkələrində seçkilərin təşkil olunması üçün xüsusi məntəqələr yaradılır.

Xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev AzEdu.az-a açıqlamasında  Türkiyədə seçkilərin məktəblərdə və digər təhsil müəssisələrində keçirilmədiyini vurğulayıb:

“Bələdiyyə seçkiləri Türkiyədə bələdiyyənin öz mərkəzində və səyyar məntəqələrdə həyata keçirilir. Belə ki,  avtomobillər   kütlənin çox olduğu yerlərə gələrək səsverməyə dəstək olurlar.

Türkiyədə  hər hansısa məktəb və universitet məntəqə olaraq istifadə edilmir”.

Təhsil eksperti və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Hikmət Əlizadə isə əksinə olaraq bir çox ölkələrdə seçkinin təhsil müəssisələrində keçirildiyini deyib

“Dünyanın bir çox ölkələrində məktəblər seçki prosesində məntəqə olaraq istifadə olunur. Buna bir çox  ölkələrdə də rast gəlmək olar. Mən xarici ölkələrdə məktəblərin seçki məntəqəsi kimi istifadə olunduğunun şahidi olmuşam”.

Qeyd edək ki, builki seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.

Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları