Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 12:38:00
Test üsulunun sonu yaxınlaşır? –Cəmiyyət nə düşünür?

 

Valideyn və müəllim respondentlərin 7,5 %-i bu qənaətdədir ki, yeni modelin tətbiqini test üsulunun sonu kimi qəbul etmək olar, 22,5% bu fikirlə razı, 30%-i qismən razıdır, 32,5% razı deyil, 7,5%-i heç razı deyil.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

MM-in Elm və təhsil komitəsinin üzvlərinin bu mövzuya münasibəti belə olub:  “Sovet  dövründəki qəbul imtahanlarının yenidən bərpa olunmasının tam əleyhinəyəm. Məncə, test üsulu yaxşı bir üsul idi ki, o da tətbiq olundu. İmkansız ailələrin uşaqları test üsulu ilə ali məktəblərə daxil oldular, tam obyektivlik bərpa olundu. Fikrimcə, test üsulu daha da təkmilləşdirilməlidir. Hər bir abituriyent üçün ali məktəbə qəbul əlçatan olmalıdır, təhsilin də keyfiyyəti yüksəlməlidir. Biz yalnız bu yolla savadlı mütəxəssislərin hazırlanmasına nail ola bilərik. Sirr deyil ki, respublikada ali təhsil ocaqlarına qəbul ola bilməyən abituriyentlər qonşu və ya xarici ölkələrə üz tuturlar, yalnız attestatla ali təhsil almağa gedirlər. Bu həm ölkədən valyuta axınına, həm də sonradan həmin diplomların tanınmasında problemlərin yaranmasına, o cümlədən valideynlərin etirazına səbəb olur. Hansısa ölkədə ali məktəbi bitirən və diplomu Təhsil Nazirliyində tanınmayan tələbələrin valideynləri mənə dəfələrlə müraciət edirlər. Onlar çox vaxt bu barədə ya məlumatlı olmurlar, yaxud da bilərəkdən diplom almaq xatirinə övladlarını xaricdə təhsilə göndərirlər. Bu baxımdan da valideynlərin maarifənməsi də vacibdir. Bütün bu axının qarşısını almaq üçün qəbul prosesi asanlaşma- lıdır. Yəni hər kəs ali məktəbə daxil ola bilər, ancaqəsas məsələ onu oxuyub bitirməkdir” (Kamilə Əliyeva);

“Mən test üsulunun nə vaxtsa ləğv olunacağı düşüncəsində deyiləm. Ona görə ki, testin özündə də çox düşündürücü məqamlar var. Məsələn, müxtəlif fənlərdə – tarixdə, coğrafiyada elə məsələlər var ki, uşaqlar onları özləri həll edərək tapmalıdırlar və orada əzbərçilik yoxdur. Test üsulu bütün dünyada tətbiq olunan bir imtahan üsuludur. Ancaq hər bir halda bu, yeni yanaşmadır, zamanla təkmilləşəcək (Sona Əliye- va);

“Yeni model test üsulunun sonu deyil, lakin daha da mükəmməl bir sistemi formalaşdırmağa ehtiyac var” (Asim Mollazadə).

Bəzi təhsil ekspertləri bu qənaətdədirlər ki, “test üsulundan daha yaxşı bir sistem ortaya qoya bilmədi- yimiz üçün bu model seçilib.”

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları