Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 12:20:00
Yeni qəbul imtahanının məzmunu məktəb proqramı ilə nə dərəcədə uyğundur?-Cüzi razılıq

Respondentlərin 7,1%-nin fikrincə, yeni qəbul imtahanının məzmunu şagirdlərə tədris olunan fənlərə və yeni proqrama (kurikulumlara) tamamilə uyğun tərtib edilib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Respondentlərin 26,2%-nin fikrincə yeni imtahan modeli uyğun tərtib edilməyib, 2,4%-nin fikrincə  isə heç uyğun tərtib edilməyib.

Beləliklə, rəyi soruşulan abituriyentlərin 90%-i, valideyn və müəllimlərin 71,4%-i yeni qəbul imta- hanının məzmununun orta ümumtəhsil müəssisələrində tədris olunan fənlərə və yeni proqrama (kurikulumlara), demək olar ki, uyğun tərtib olunduğu qənaətindədirlər.

Maraqlıdır ki, valideynlərlə müsahibə metodu ilə aparılan sorğu nəticəsində məlum olub ki, onların əksəriyyəti orta məktəblərdə kurikulum sisteminin tətbiqindən narazılıq edirlər. Onların fikrincə, açıq tipli suallar haqqında şagirdlər məktəblərdə tam məlumat əldə edə bilmədiklərindən, yəni ümumilikdə kurikulumun mahiyyətini tam dərk edə bilmədiklərindən bu tip sualları cavablandırmaqda çətinlik çəkir, vaxtlarını düzgün bölüşdürə bilmirlər.

Qeyd edək ki, rəsmi izaha görə, yeni  kurikulumun tətbiqi ümumtəhsil məktəblərində tədris olunan fənnlərin cəmiyyətin tələbatına uyğun təkmilləşdirilməsini, təlimdə interaktivliyi təmin etməli, şagirdlərdə düşünmə və təfəkkürü inkişaf etdirməklə onları əzbərçilikdən uzaqlaşdırmalı idi. Yeni sistem qruplarda mükaliməyə və “beyin həmləsi”nə əsasla- nan qarşılıqlı müzakirələrin təşkilinə, hər bir şagirdin həm qrup daxilində, həm də fərdi əsaslarla təlim prosesinə cəlb olunmasına imkan yaratmalı idi. Ənənəvi mexanizmlərdən imtina şagirdlərin biliyinin qiymətləndirilməsi ilə də bağlı yeni mexanizmlər və fərqli məzmun standartı ortaya qoydu.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları