Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-21 10:34:00
Buraxılış və qəbul imtahanlarındakı fənn bölgüsü abituriyentləri qane edir? – SORĞU

Buraxılış və qəbul imtahanlarında tətbiq edilən fənlərin bölgüsü 80%-dən çox respondenti qane edib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Abituriyentlərin 30,5%-ni (122 nəfər) buraxılış imtahanlarında tətbiq edilən fənlərin bölgüsü tam qane edib, 22,5 %-ni (90 nəfər) qane edib, 30,5 %-ni qismən qane edib, 10,5%-ni (42 nəfər) qane etməyib, 6%-ni isə ümumiyyətlə heç qane etməyib.

Qəbul imtahanlarında fənlərin bölgüsünə gəldikdə isə abituriyentlərin 30%-ni (120 nəfər) tətbiq edilən fənlərin bölgüsü tam qane edib, 22%-ni (88 nəfər) qane edib, 29%-ni (116 nəfər) qismən qane edib, 12 %-ni (49 nəfər) qane etməyib, 7%-ni (27 nəfər) heç qane etməyib.

Eyni fənnin (məsələn, riyaziyyat) həm buraxılış, həm də qəbul imtahanlarına salınmasına abituriyentlərin münasibəti belə olub: 38,5 % (154 nəfər) bir mərhələdə saxlanılmasının, 56% (224 nəfər) hər iki mərhələdə qalmasının, 5,5% (22 nəfər) yeni fənlərin əlavə edilməsinin tərəfdarı kimi çıxış edib.

Qeyd edək ki, eyni fənnin (məsələn, riyaziyyat) həm buraxılış, həm də qəbul imtahanlarına salınmasına abituriyentlərin münasibətinə dair müxtəlif coğrafi bölgələr arasında fərq aşkar edilməyib.