Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-19 16:57:00
Bu hazırlıq mərkəzinin bütün müəllimləri beynəlxalq və respublika olimpiadalarının qalibləridirlər  - Fərqli və özəl tədris

“Hər bir valideyn övladının olimpiadada iştirak etməsini istəyir. Çünki bu bir rəqabət və üstünlükdür. Amma şagird seçimləri doğru aparılmalıdır. Potensialı olan şagirdlərə üstünlük verilməlidir”.

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı “MATH Academy” tədris mərkəzinin rəhbəri, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının riyaziyyat müəllimi Umud Babaşov deyib.

O, beynəlxalq müstəvidə təşkil olunan olimpiadaların tarixi ilə bərabər, funksiyası və müsbət meyarlarına da toxunub:

“Beynəlxalq miqyaslı müxtəlif tipli  olimpiadalar var. Onlar  əsasən, riyaziyyat, fizika, kimya, biologiya və informatika  istiqamətləri üzrə tətbiq olunur və müxtəlif  kriteriya, formatlar üzrə keçirilir.  Məsələn, riyaziyyat fənn olimpiadasında hər ölkə 6 nəfərlik komanda şəklində  təmsil olunur. Bu olimpiadada iştirak edənlərə iki gün ərzində keçirilən yarışda  bir neçə suala cavab tapmaq tələb olunur.

Müsahibimiz söyləyir ki , fənn olimpiadaları  həm də bir motivasiya qaynağıdır:

“Çünki şagirdlər olimpiada hazırlığı zamanı öz biliklərini daha da artırırlar. İnsanlarda yarışmalara olan maraq onlar arasındakı tarixən  yaşanan rəqabəti göstərir. Bu, çox müsbət bir haldır. Fənn olimpiadaları da yüksək informasiya bazasına, hazırlığa malik yeniyetmələrin bir rəqabət və inkişaf mənbəyidir.

Olimpiadalarda iştirak edən insanlar  çox böyük təcrübə qazanırlar. Şəxsən mənim respublika olimpiadalarında yaxşı dərəcələrim olub. Müəllim kimi fəaliyyətə başladıqdan sonra bu istiqamətdəki fəaliyyət və uğurlar daha da artmağa başladı. Belə ki, olimpiadalar sayəsində mən pedaqoji olaraq riyaziyyatın dərinliklərinə varmışam.

Şagird ikən də riyaziyyat fənni üzrə respublika olimpiadasında bir dəfə birincilik və üçünlücülük qazanmışam. Müəllimlik dönəmində isə olimpiada nəticələrim daha gözəl olub: Şagirdlərim 2002-ci ildən 2011-ci ilə kimi dünya olimpiadalarından yüksək nəticələr əldə edib, gümüş, bürünc və həvəsləndirici medallar qazanıblar.

Respublika olimpiadasında isə qızıl, gümüş və bürünc medallarımız kifayət qədərdir. Dünya olimpiadalarında isə indiyə kimi 2 gümüş,  4 bürünc medal və 10 ədəd  həvəsləndirici medal əldə etmişik.

Umud Babaşov olimpiadaya hazırlığın ölkəmizdə müstəqillik əldə etdikdən sonra təhsilin daha da inkişaf etməsi, dünyanın inkişaf edən ölkələri ilə rəqabət aparmaq  üçün 1993-1995-ci illərdən  başladığı haqqında məlumat verir.

“Bizim qanımızda olimpiada sevdası  hər zaman olub. Biz uşaqları bu istiqamətdə 7-8-ci sinifdən yetişdirməyə başlamışıq. Bu, bir inkişafetdirmə prosedurasıdır. Hazırlıqlara  7-8-ci sinifdən başlayan şagirdlərdə artıq “olimpiada nədir?”, “hansı sistemli çalışmaları etmək lazımdır?”  kimi fikirlər oyanır.

Olimpiada həm də müəllim və şagirdlər üçün bir təcrübədir. 7-8-ci sinifdən çalışmalara başlayırdıq və 9-11-ci sinifə gəldikdə isə görürdük ki, Çin, İran, Rusiya, Yaponiya, Tailand kimi dövlətlər çalışmalara daha aşağı sinifdən başlayır. Bunun üçün  seçimlər düzgün şəkildə getməlidir. Hər bir valideyn övladının olimpiadada iştirak etməsini istəyir. Çünki bu bir rəqabət və üstünlükdür. Amma şagird seçimləri doğru aparılmalı, potensialı olan şagirdlərə üstünlük verilməlidir. Mən şəxsən öz pedaqoji fəaliyyətimdə bir dəfə rast gəldim ki, rus əsilli bir şagird 4-cü sinifdə oxuyurdu və loqarifmik tənlikləri həll edə bilirdi. Çünki onlarda lazım olan daha aşağı siniflərdən tətbiq olunur. Seçim doğru getməlidir.

 

Bizim Respublika Fənn Müsabiqələrini Təhsil Nazirliyi həyata keçirir. Bu müsbət və təqdirəlayiq bir haldır. Bu fənn müsabiqələrində 5-6-cı siniflər öz güclərini kəşf edərək müxtəlif məktəblərdə hazırlaşırlar. Şagird 5-6-cı sinifdə özü  rəqiblərinin hansı səviyyədə olduğunu görür. Artıq 8 və 9-cu sinifə gəldikdə özü üçün lazım olanları müəyyənləşdirir. Biz 5-6-cı sinifdə olarkən  şagirdlər arasında seçim etməyə başlayırıq”.

“MATH Academy” və Olimpiada  

 

“Kurs olaraq da sentyabr ayından 5-ci sinifdən olimpiada hazırlıqlarına başlamışıq. Respublika və beynəlxalq dərəcəli fənn olimpiadaları əsasən 8 -11-ci sinif şagirdləri üçün keçirilir ki, onların da hazırlıqlara məhz V sinifdən başlamaları məqsədəuyğundur.

Təhsil Nazirliyinin olimpiadaya hazırlıqla bağlı komandası fəaliyyət göstərir, respublikada olimpiadaya hazırlıq mərkəzləri var. 5-7-ci siniflərdən seçilən  şagirdlər burada təmsil olunurlar. Onların sırasında Bərdə, Mingəçevir, Astara və Lənkərandan gələnlər də olub. Akademiyanın tələbələri dünyanın müxtəlif yerlərində tibb, pedaqoji və digər sahələrdə çalışırlar. Bu şagirdlər fərqli məktəblərdən olurlar. Məsələn, fizika-riyaziyyat fəmayüllü məktəblərin şagirdləri riyaziyyat olimpiadalarına daha çox qatılırlar.

Hazırda  “Math Academy”-nin  müəllimlərinin hamısı dünya və respublika olimpiadalarında  iştirak etmiş və uğur qazanmış pedaqoqlardı. Kursumuzda dərs deyən müəllimlərin hamısı yüksək təcrübələrə sahib olan şəxslərdi.

Bu, çox vacib faktordur. Çünki növbəti etaplarda şagirdlərə bu istiqamətdə təcrübəsi olan insanların verəcəyi dəstək onların daha müsbət tərəfdən inkişafına gətirib çıxaracaq.Məsələn, tələbələrə gələcək həyatlarında hansı elmi uğurlara imza atdıqlarını soruşduqlarında onlar Madrid 2008, Amsterdam 2010 kimi olimpiadalarda iştirak etdiklərini qeyd edəcəklər.

Mən pedaqoq olaraq deyə bilərəm ki, elə  olimpiada olub ki,  bir bala görə gümüş və bürünc medallar arasında qalmışıq.Belə məqamlarda olimpiadada təmsil olunan müəllimin müdafiəsindən çox şey asılıdır. Çünki öyrədən biz müəllimlərik. Olimpiadada bayrağı qaldırıb  vətənpərvərlik ruhunu yaşatmaq tamam başqa hissdir.

Təhsil Nazirliyinin ötən ildən etibarən start götürülən müəllimlərarası olimpiadalarını dəstəkləyirəm. Bir sözü də deyim ki, müəllimin olimpiada məsələsini həll edə bilməməsi ayıb bir şey deyil. Çünki bu başqa bir istedaddır.Bu sahədə yetişmək lazımdır.

Olimpiadalara hazırlıqda “MATH Academy” fərqi

 

-Biz qısa vaxtda  güclü potensiala sahib olmuşuq. “Math Academy” olaraq Bakının müxtəlif məktəblərindən müraciət edən potensiallı şagirdlərimiz  olur. Qısa müddət ərzində biz çox böyük məsafələr qət etmişik. Bunun dərəcələrini və sayını artırmaq üçün  əlimizdən gələni etməyə hazırıq. Biz kurs olaraq lazım olan müəllim potensialını bir yerə yığmışıq. Bunun üçün lazımlı addımları da atmışıq. Bunun nəticə verməsi üçün şagirdlərin də müəyyən nəticələr əldə etməsi vacibdir. Olimpiadalar üçün 4-6-cı siniflər daha uyğundur. Şagirdin hər zaman qaldıra biləcəyi bir olimpiada ağırlığı var. Öncə şagirdin hansı fənnə həvəsinin olduğu bilinməlidir. Şagird öncə düşünməlidir ki, olimpiada ona nə verəcək. Mövzular şagirdlərə düzgün şəkildə aşılanmalıdır. Şagirdləri olimpiada proqramlarına uyğun şəkildə hazırlamaq lazımdır. Burada müəllimin düzgün istiqamət verməyi çox vacibdir. Artıq 9 və 10-cu sinifə gələndə şagirdlər üçün hər şey hazırlıqlı olur. Artıq şagird təxminən 13-15 yaşına gəldiyi zaman onda düşünmə  və dünyagörüşü formalaşır. 7-ci sinif şagirdi  qəbul testlərini etməyi bacarırsa, artıq dünya olimpiadasında iştirak edə bilər. Şagird 8 və 9-cu sinifə gəldikdə olimpiadada iştirak etib-etməməyə qərar verir. Həmin şagirdlər qızıl və gümüş medal ala bilirlər”.

Çox vacib məsələlər

 -Çünki kitab yayımlarının çoxu ingilis dilindədir. Dil məsələlərinə diqqət etmək lazımdır. İllər ərzində sualların gəlmə faizləri də müxtəlif olur. Belə ki ötən il 38 ilə gümüş almaq mümkün idisə, bu il həmin rəqəm 36-ya düşüb. Rus dilini də şagirdlərin bilməsi çox önəmlidir. Yaxşı və reytinqli universitetlərdə təmsil olunmaq üçün şagirdlər olimpiadalarda yaxşı nəticə göstərməlidilər. Şagirdlər dünya olimpiadalarında iştirak etdikdə istər-istəməz onlar qeydiyyata düşmüş olurlar.Onların email-lərinə müxtəlif müraciətlər gəlir. Məsələn, bir çox təqaüd proqramları həmin olimpiadalarda iştirak edən şagirdlərə tövsiyə olunur.Bu da şagirdlər üçün böyük bir motivasiya qaynağıdır.Bizim cəmiyyətimizdə  olimpiadalara olan tələblər artır.Hər bir valideyn istəyir ki, onun övladı təqaüdü yüksək və reytinqli universitetlərdə oxusun. Bunun üçün  şagirdləri olimpiadalara sövq etməliyik.Olimpiada  şagirdlərə beynin inkişaf etməsi üçün çox böyük istiqamət verir. Olimpiadalar şagirdlərin gələcəkdə kadr kimi yetişməsinə də zəmin yaradır.

Biz 9-11-ci siniflərə məsləhət görərdik ki, “MATH Academy”də olan dünya və respublika olimpiadalarında iştirak etmiş müəllimlərdən dərs görmək və nəticə əldə etmək üçün bizə müraciət etsinlər. Biz onları çox qısa bir müddətdə  ərzində onları yetişdiririk. Həmçinin, onların universitetlərə hazırlıq prosesinə də kömək edirik. Biz MATH Akademi olaraq hədəf kütləmiz 5 və 11-ci siniflərdir.Bu baxımdan valideyn və şagirdlər bizə rahatlıqla müraciət edə bilərlər.Burada seçilmiş şagirdlər olduğu üçün biz onlara daha üstün səviyyəli riyaziyyat keçirik.Şagirdlərimiz müəyyən bir zamanda məsafə qət etmiş olurlar.Biz 7 və 8-ci sinif şagirdlərini 9 və 10-cu sinif şagirdləri ilə yarışdırırıq. Müəllimlərimiz çalışırlar ki, şagirdlər olimpiadaya  yüksək səviyyədə hazır olsunlar”.

Artıq bir neçə ildir ki, məktəbəqədər hazırlıq tətbiq olunur. Bu çox gözəl və effeklidir.Biz artıq ibtidai sinifdən etibarən artıq uşaqları yetişdirməliyik. Həmçinin, yanvar ayından etibarən ibtidai siniflər üçün məntiqi riyazi hazırlıqlara başlayacayıq”.                                                                                          

Şükufə Süleymanlı
Müəllifin digər yazıları