Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 13:29:00
Türkiyə bursları tələbəyə hansı imkan və imtiyazlar yaradır?- Vaxta az qaldı

AzEdu.az xaricdə təqaüdlə təhsil almaq istəyənlər üçün  tövsiyə xarakterli yazılarını davam etdirir.

Türkiyə universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Türkiyə Bursları”  proqramından yararlana bilərlər. 

Bu proqramla Türkiyənin dövlət və özəl universitetlərində bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq mümkündür.

 “Türkiyə burslarını qazanan tələbələr təqaüdün onlara vermiş olduğu tibbi sığorta sayəsində bütün dövlət xəstəxanalarından pulsuz, özəllərdə isə cuzi miqdar ödəməklə yararlana bilərlər”.

AzEdu.az xəbər verir ki, bu sözləri 2014-2017-ci illərdə Türkiyə bursları vasitəsilə Marmara Universitetində PR üzrə magistr təhsili alan Rəşad Mehdizadə deyib.

O, Türkiyə Bursları vasitəsi ilə "Tibbi Siğorta"dan istifadə qaydalarından söz açıb:

“Türkiyə Burslarını qazanan tələbələr təqaüdün onlara vermiş olduğu tibbi siğorta sayəsində bütün dövlət xəstəxanalarından pulsuz, özəllərdə isə cuzi miqdar ödəməklə yararlana bilərlər. Həkimlərin yazdığı dərmanları isə apteklərdən siğortalarını göstərməklə dərman qiymətinin müəyyən miqdarını (30-40%) ödəyərək əldə edə bilərlər”.

Rəşad Mehdizadə Türkiyə burslarının təqaüd müddətindən də söz açıb:

“Bakalavr səviyyəsi üçün 1 il türk dili və ixtisasa uyğun olaraq dərslər keçirilir.(Hüquq 4 il, diş həkimliyi 5 il, tibb 6 il) Magistr səviyyəsi üçün 1 il türk dili və 2 il magistr təhsili olur. Doktorantura səviyyəsi üçün isə 1 il türk dili tədrisi  və 4 il doktorantura təhsili olur.

Onu da bildirim ki, türk dili tədrisini istəməyənlər TYS sertifikatını təqdim etməklə və ya qəbul adıqdan sonra universitetin keçirdiyi türk dili imtahanını uğurla başa vurmaqla bu 1 ildən azad ola bilərlər. Türk dili tədrisi zamanı təqaüd proqramının bütün imkanlarından istifadə etmək mümkündür.

Onu da bildirim ki, 1 ildən çox olmamaq şərti ilə xarici dil və elmi hazırlıq müddəti (ixtisas dəyişimi olan magistr və doktorantura tələbələri üçün) ümumi tədris müddətinə əlavə oluna bilər”.

Rəşad Mehdizadə Türkiyə burslarına müraciət etmək üçün əsas şərtləri də diqqətə çatdırıb:

“Bu iki şərti ödəyən hər kəs təqaüd proqramına rahatlıqla  müraciət edə bilər: 1. Yaş həddi 2. Akademik göstərici. Bakalavr səviyyəsinə müraciət üçün əsas tələblərdən biri yaşın 21-dən az olması,  akademik göstəricinin 70 faizdən çoxluğudur.  

Magistr səviyyəsinə müraciət üçün qoyulan yaş limiti 30, akademik göstərici isə 75 faizdir.  

Qeyd edək ki, “Türkiyə Bursları” proqramına müraciət etmək və ətraflı məlumata sahib olmaq üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

https://turkiyeburslari.gov.tr/

Günel Yaşarqızı
Müəllifin digər yazıları