Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 17:21:00
 BŞTİ  tabeliyindəki  nə qədər məktəb  təmir  olunub ?-  Müdir açıqladı  

“2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb”.

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. O qeyd edib ki, bundan əlavə mövcud olan bir məktəbin binası yenilənib:

“Bir  məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə bir yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb”. 

 R.Tağıyev əlavə edib ki, hazırda bir məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.