Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 16:47:00
Macarıstanın Azərbaycandakı səfiri Lənkərən Dövlət Universitetində olub

Lənkəranda səfərdə olan Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Lənkəran Dövlət Universitetində (LDU) olub.

AzEdu.az xəbər verir ki, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov hörmətli qonağa LDU , burada tədris olunan ixtisaslar,son yenilklər, Avropa təhsilinə inteqrasiya istiqamətində atılan addımlar və sair barədə ətraflı məlumat verib.Bildirib ki, universitet artıq özünün turizm tədris-təcrübə bazasını yaradıb, yardımçı təsərrüfatda sitrus və çay əkini keçirilib, xaricdən modern laboratoriyalar alınaraq quraşdırılıb.Ən əsası isə,  cari tədris ilində 2 yeni tədris korpusu və yeni yataqxana inşa edilərək tələbələrin ixtiyarına verilib.Natiq İbrahimov LDU –nun tələbə kontingenti,  maddi-texniki bazası haqqında danışıb və bildirib ki, hər iki ölkənin universitetləri arasında əməkdaşlığın yaranması qarşılıqlı fəaliyyətlə yanaşı, həm də təcrübələrin öyrənilməsinə dəstək olardı.Universitet rəsmisi Lənkəran Dövlət Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında qarşılıqlı  əlaqələrin qurulduğunu da cənab səfirin diqqətinə çatdırıb.

Viktor Szederkenyi  səmimi qarşılanmaya və ətraflı məlumata görə universitet rəhbərliyinə minnətdarlıq bildirib.Azərbaycanla Macarıstan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran cənab  səfirtəhsil sahəsində daha uğurlu əməkdaşlığa ümid etdiyini  xüsusi vurğulayıb.

Görüşdə iştirak edən səfirliyin  Mədəniyyət və Təhsil məsələləri üzrə diplomatı  və ikinci katibi Mihay QruberMacarıstanda olan universitetlərlə LDU  arasında əməkdaşlığa nail olunmasına çalışacağını, universitetlərarası əlaqələrin genişləndirilməsi,tələbə mübadiləsi, müəllimlərin qısa müddətli tədris səfərlərinin reallaşmasını sürətləndirəcəyini bildirib. Cənab Mihay Qruber həmçinin  “ Stipendium Hanqaricum” Təqaüd Proqramı  haqqında geniş məlumat verib.

Macarıstanın Azərbaycandakı Səfirliyinin rəsmilərinin Lənkəran Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə görüşündə də əsas müzakirə mövzusu “ Stipendium Hanqaricum” Təqaüd Proqramı  olub.Görüş zamanı bildirilib ki, “ Stipendium Hungaricum” Proqramı hər il azərbaycanlı tələbələr üçün Macarıstan hökuməti hesabına 200 təqaüd verir. Təqaüd aşağıdakı müddəaları əhatə edir: təhsil haqqı, Macarıstan qanunlarına uyğun olaraq aylıq təqaüd, yataqxana və ya təqaüdün bütün müddəti ərzində yaşayış üçün aylıq ödəniş, tibbi xidmətlər üçün əlavə tibbi sığorta.Proqramın Avropa təhsilinə pəncərə açdığını deyən cənab Mihay Qruber  tələbələri  proqramdan yararlanmağa  çağırıb və   iştirakçıları maraqlandıran sualları cavablandırıb.