Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 15:46:00
 Təhsil Nazirliyində BDU-nun əməkdaşlarının təltifolunma mərasimi keçirilib

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə həmin təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilir.

AzEdu.az xəbər verir ki, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin  keçdiyi şərəfli inkişaf yolundan, ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb.

 Ceyhun Bayramov çıxışında universitetin yubileyi ilə bağlı ölkə səviyyəsində və xaricdə silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb. Nazir sonda BDU əməkdaşlarını təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına 100 illik münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları