Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 14:11:00
Ekspertdən narazılıq:“Ensiklopediyadakı plagiatçılıq sadəcə biabırçılıqdır”

 

“Azərbaycan Milli  Ensiklopediyanın çap olunan 8 cildində qeyri-peşəkarlıq dərhal özünü büruzə verir. Plagiatlıq faktoru isə sadəcə biabırçılıqdır”.

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev şəxsi facebook səhifəsində yazıb.

O, Milli Ensiklopediya ilə bağlı fkirlərini bölüşüb və onu keçmiş variantı ilə müqayisə edib:

“Azərbaycan Sovet Ensiklopediyası 1976—1987-ci illərdə kiril əlifbası ilə nəşr edilib. O, Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.

"Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilib.

Cəmil Quliyev 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olub.

16 dekabr yəni, bu gün Cəmil Quliyevin anadan olduğu gündür. İlk ensiklopediyamızın Baş redaktoru ehtiramla yad edilməlidir.
Müstəqillik qazandıqdan sonra isə hələ indiyə qədər çoxcildli Ensiklopediyanı ərsəyə gətirmək mümkün olmayıb. Bu təbiidir, çünki Ensiklopediya işinin ağırlığı dərk edilməyib. Yeni Ensiklopediyanın çap olunan 8 cildində qeyri-peşəkarlıq dərhal özünü biruzə verir. Plagiatlıq faktoru isə sadəcə biabırçılıqdır.
Qeyd edim ki, Beynəlxalq Universitetin rektoru, Beynəlxalq dələduz Elşad Abdullayevin bioqrafiyası ilə tanış olmaq istəyən varsa, yeni Ensiklopediyanın 1-cı cildinə baxa bilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları