Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 15:32:00
Bu robot astronavtların hisslərini aşkarlayacaq

Filmlərdə görməyə alışdığımız duyğuları qavraya bilən robotlar artıq həqiqət oldu.

AzEdu.az ted.az-a istinadən bildirir ki, CNN Internationalda yayımlanan xəbərə görə Beynəlxalq Kosmik Stansiyada (ISS) emosiya hissedici kameralar və səs detektorlarına sahib ağıllı robotlar işə başlayıb.

CIMON 2 (Mobil Crew Accompaniment 2) şirkətinin baş developeri Matthias Biniok bildirib ki, layihənin məqsədi kosmosda bir yoldaşa sahib olmaqdır.

ISS-də fəaliyyət göstərən kosmonavtın kədərli, hirsli və ya şən olduğunu anlaya bilən "CIMON 2" gələcəkdə ediləcək uzunmüddətli kosmik səyahətlərdə əsas rol oynayacaq.

2018-ci ildə kosmosa göndərilən CIMON-dan alınan məlumatlar əsasında hazırlanmış "CIMON 2", eyni zamanda süni intellektə də sahibdir.

1940-cı illərdə nəşr olunan yapon fantastika komiks kitabının qəhrəmanı robot Simondan ilhamlanaraq hazırlanan "CIMON 2"nin 3 il ərzində İSS-də xidmət edəcəyi gözlənilir.