Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 11:01:00
Yapon alimləri sükanı düzgün tutmağın yeganə döğru üsulunu müəyyən ediblər

Yapon alimləri sükan çarxının ideal tutuşunu müəyyən etmək üçün qeyri-adi bir araşdırma aparıblar. Adətən, sürücülük kurslarında iki üsuldan birini seçməyi təklif edirlər. Göz önünə saatın siferblatını gətirsək, sükanı saat 9 və 15 və ya saat 10 və 14-də tutmaq tövsiyyə olunur.

İndi isə yapon tədqiqatçılarının aşkar etdikləri nəticələrlə tanış olar. Alimlər  sükanı döndərmək üçün tələb olunan gücün tutuş yerlərindən asılı olduğuna diqqət yetiriblər, çünki, əllərin vəziyyəti əzələlərin çalışmasına birbaşa təsir göstərir. Bunu yoxlamaq üçün tədqiqatçılar trenajordakı sükanın arxasına 10 nəfər iştirakçını əyləşdiriblər. "Sürücülər" neytraldan (9 bə 15) başlayaraq , 30 və 60 dərəcəlik yerdəyişmələr ilə sükanı dörd təyin edilmiş vəziyyətdə tutublar. Tədqiqatçılar sınaq iştirakçılarının sükanı döndərmək üçün sərf etdikləri gücü ölçüblər. Ən adekvat tutuş əllərin "üfüqi" vəziyyəti olub.

Tədqiqatlar göstərib ki, sükanın mərkəzində yerləşən hava yastığını da nəzərə almaqla, "9 və 15" tutuşu ən düzgün tutuşdur. Birincisi, belə tutuş sürücünün istənilən halda raslaşdığı vəziyyətə yeyin reaksiya verməsini təmin edir. İkincisi, belə vəziyyətdə sürücünün qolları parktiki olaraq yorulmur. Üçüncüsu, sükanaltı dəstəklərdən istifadə etmək daha rahat olur. Dördüncüsü, belə vəziyyətdən sükan çarxını maksimal dərəcədə böyük bucağa döndərmək olar. Beşincisi, belə vəziyyət avtomobili daha yaxşı "hiss etməyə" imkan verir. Pilotların da yarışlar zamanı sükan çarxını belə formada tutduğunu nəzərə alsaq, peşəkarların da yuxarıda yazılanları təsdiq etdiyini söyləmək olar.

Bəs siz sükan çarxını hansı üsulla tutursunuz?