Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 09:20:00
NASA-dan YENİ KƏŞF: 300 yaşı var

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiter planetində nəhəng qasırğa kəşf edib.

AzEdu.az xəbər verir ki, alimlər qasırğanı “Yuno” kosmik gəmisinə kritik manevr etdirməyə çalışarkən təsadüfən görüb.

Qasırğanın ölçüsü ABŞ-ın Texas ştatı boydadır. Bu günə qədər Yupiterdə kəşf edilən 6 qasırğadan daha böyük olan bu tapıntı planetdə yeni hadisələrin baş verdiyinə işarə kimi şərh edilir.

Qasırğanın 300-ə yaxın yaşı olduğu bildirilir.

Qeyd edək ki, “Yuno” kosmik gəmisi 5 avqust 2011-ci ildə kosmosa göndərilmişdi. O, 4 iyul 2016-cı ildə Yupiterin orbitinə çatmışdı.