Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-14 14:29:00
Uşaqların sağlamlığı, təhsili və sosial inkişafı ilə bağlı kurs başa çatıb

Azərbaycana birgə Yardım Təşkilatı (UAFA) və ABŞ Vaşinqton Corcktaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin birgə təşəbbüsü əsasında təşkil olunan CHED-in (uşaq vaxtı sağlamlıq, təhsil və sosial inkişaf üzrə baza kursu) ilk kursu keçirilib.  

 Məqsəd uşaq inkişafı sahəsində işləyən mütəxəssislər üçün beynəlxalq akkreditasiyalı kursları təşkil edən uşaqların sağlamlığı, təhsili və sosial inkişafı sahəsində akademik mərkəzin yaradılmasıdır.

Kurs başa çatandan sonra iştirakçılar test imtahanı verərək, 45 saatlıq praktiki monitorinqdə iştirak ediblər. Monitorinq prosesi hər bir iştirakçının kurs müddətində əldə etdiyi bilikləri təcrübədə uğurla tətbiq etməsi məqsədini daşıyıb.

 ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunmuş kursun yekun tədbirində Amerikanın Corctaun Universitetinin Uşaq İnkişafı Mərkəzinin direktoru, pediatriya fakültəsinin professoru, “Erkən müdaxilə üzrə məzmun” proqramının rəhbəri Toby Long iştirakçılar arasında testdən və virtual (online) qiymətləndirmədən uğurla keçənlərə sertifikatlar təqdim edib.

 Qeyd edək ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova da sertifikat alanlar arasında olub.