Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-14 09:49:00
Ermənistanda həftə ərzində orta məktəblərdə üçüncü bıçaqlanma hadisəsi olub

Ermənistanda orta məktəbdə növbəti bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az-ın məlumatına görə, bu barədə "Shamshyan" portalı bildirib.

Qeyd edilir ki, hadisə paytaxt Yerevanın Malatia rayonundakı təhsil müəssisələrindən birində qeydə alınıb. Belə ki, 187 saylı orta məktəbin 12-ci sinif şagirdi, 17 yaşlı Aram Q. həmyaşıdı Arman E-yə bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yerevan Polisinin İstintaq İdarəsində materiallar toplanılır. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd edək ki, bu, Ermənistanda həftə ərzində orta məktəblərdə baş verən 3-cü bıçaqlanma hadisəsidir. Daha əvvəl Yerevandakı 114 saylı orta məktəbdə də bıçaqlanma hadisəsi qeydə alınıb. Bununla yanaşı, həftənin əvvəlində bu ölkədə məktəblilər arasında mübahisə qanlı hadisə ilə bitmişdi.