Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 20:16:00
Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq

Daha bir azərbaycanlı gənc Harvardda təhsil alacaq.

 
AzEdu.az-ın məlumatına görə, bu barədə məlumatı siyasi fəal Bəxtiyar Hacıyev açıqlayıb:

"Nigar xanım ABŞ-ın Harvard Universitetində, Harvard Biznes Məktəbində (HBS) magistr dərəcəsinə qəbul olub. Nigar xanım mənim tanıdığım 6-cı xanımdır ki, Harvardda oxuyacaq. Bundan əvvəl Əzizə xanım "Harvard College"də bakalavr pilləsində, Röya xanım və Nərgiz xanım "Harvard Kennedy School"da MPA proqramında, Zülfiyyə xanım Davis Center və HKS-də, bir nəfər də HBS-də təhsil alıblar. Bu il bir neçə başqa Azərbaycan gəncinin də müraciətlərinin müsbət cavabı olacağına inanıram.

Xanımlarımızın biznesdə, siyasətdə, akademik həyatda, ictimai fəaliyyətdə, təhsildə uğurları sevindirici və qürurvericidir. Nigar xanımı təbrik edir, təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıram!", - deyə Bəxtiyar Hacıyev qeyd edib.